Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Rusiyanın turizm sektorunda ajiotaj


►Bəzi iri turizm şirkətləri sıradan çıxarıldı

Rusiya hökuməti dekabrın 30-da verdiyi qərarla 19 turizm operatorunun adını federal reyestrdən çıxarıb.

“Vesti.ru” bunu Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Turinaya istinadən bildirir.

“Gərək bunu dekabrın 30-da, müştərilərin tətilə hazırlaşdığı və ya yola çıxdığı vaxt etməzdilər. Bizim müştərilərin hüquqları pozulub və lazım gələrsə aidiyyatı qurumlara müraciət edcəyik ” - deyə İ.Turina narazılığını ifadə edib.

Bir sıra operatorlar ya Türkiyənin yurisdiskiyası ilə, ya da Türkiyə vətəndaşlarının rəhbərliyi altında fəaliyyət göstərirdlər.

Bu ilin noyabrında Türkiyə Rusiyaya məxsus “SU-24” hərbi təyyarəsini vurduqdan sonra iki dövlət arasında münasibətlər pisləşdi, bu səbəbdən Türkiyənin Rusiyada tikinti, turizm və s. sahələrdə fəaliyyətinə qadağalar qoyuldu.

O cümlədən turizm şirkətlərinə Türkiyə səfərlər təşkil etmək yasaqlandı.

XS
SM
MD
LG