Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Çinin yoxsul əyalətində öndər Mao-ya “qızıl heykəl” ucaltdılar


"Böyük sükançı" Mao Zedong-un heykəli
"Böyük sükançı" Mao Zedong-un heykəli

Çində böyük aclıq illərində milyonlarla insanın ölümünə bais olmuş öndərə ölkənin yoxsul əyalətində “qızıl heykəl” qoyulub

Ölümündən 40 il sonra biznes aləmindən olan pərəstişkarları və yerli kəndlilər ölkənin ucqar əyalətlərindən birində Çinin “Böyük sükançısı”, sədr Mao-ya “qızıl heykəl” ucaldıblar.

“The Guardian” yazır ki, 36 metr hündülüyü olan meqa-Mao deyilənlərə görə, 500 min dollara başa gəlib.

Heykəl Henan əyalətinin Tonqsu nahiyəsində, Kayfenq şəhərinin yaxınlığında ucaldılıb.

Çin mediası xəbər verir ki, poladdan və betondan hazırlanmış abidə qızılı boya ilə rənglənib.

Sümüklər üzərində xatirə abidəsi

1976-cı ildə vəfatınadək Çinə rəhbərlik etmiş Mao Zedong-unölkənin sənayeləşdirilməsinə yönəlmiş “Böyük sıçrayış” proqramı “Böyük aclığa” səbəb olaraq on milyonlarla insanın ölümü ilə nəticələnib.

"Böyük sükançılar"
"Böyük sükançılar"

Çinin ən yoxsul regionlarından olan Henan əyaləti həmin aclığın ən böyük qurbanlarını verib. Bəzi məlumatlara görə, burada 45 milyon insan acından ölüb.

Henan vilayəti Tonqsu nahiyəsinin sahibkar və kəndliləri böyük liderin abidəsinin tikintisinə ötən ilin mart ayında başlayıblar və iş dekabrın ortalarında başa çatıb.

Nəhəng heykəlin fotoları tez bir zamanda internetdə dövriyyəyə başlayıb.

Çin Mao Zedong araşdırma mərkəzinin rəhbəri Liu Jianwu deyib ki, abidənin yaradılmasından məqsəd “liderin xatirəsinin yad edilməsidir”.

“Müasir Çində, sadə adamların ürəyində Mao Zedong ədalət və fəziləti simvolizə edir” – deyib Liu.

Dirçələn pərəstiş

Mao-nun portreti bütün zamanlarda Pekinin Tyananmen meydanının başı üzərində olub. Onun şəkilləri həm də milli valyuta əskinaslarını bəzəyir. Böyük liderin şəxsiyyətinə pərəstiş üç il əvvəl prezident seçilmiş Xi Jinping-in zamanında sanki yenidən canlanıb.

Bu pulu yoxsulluğun aradan qaldırılmasına xərcləmək olmazdımı?.

Mao-nun sevilmli inqilabi operası yenidən səhnəyə qoyulub və ekranlaşdırılıb. Çinin ən mötəbər universitetinin professoru isə internetdə “Mao Zedong-un düşüncələri” adlı kurslara başlayıb.

2013-cü ildə Mao-nun 120 illik yubileyi keçirləndə Xi çinliləri “Mao bayrağını” uca tutmağa çağırmışdı.

“Mao bu ölkənin simasını dəyişmiş və Çin xalqını yeni taleyə aparmış böyük fiqur olub” – deyirdi Xi.

Lakin qızıl monument internetdə geniş tənqid olunur. “Bu pulu yoxsulluğun aradan qaldırılmasına xərcləmək olmazdımı?” – yazır Çinin Veybo mikrobloq saytının bir istifadəçisi.

XS
SM
MD
LG