Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:32

Antisovet şampan şərabı


►"Sovet şampanı" yox oldu...

Ukraynada dekommunizasiya (kommunizmin qalıqlarından yaxa qurtarma) şəraba qədər gəlib çıxıb.

Kiyev zavodu özünün ənənəvi olaraq "Sovetskoye" adlanan şampan şərabının adını dəyişib.

Nəticəsə həm satış 40% artıb, həm də müəssisə totalitar rejimlərin tənqidi barədə qanunun normalarına əməl etmiş olub.

Kiyev Şampan Şərabları zavodu artıq 61 ildir ki, "Sovetsoye" şampan şərabını buraxır. Amma indi onun adı "Sovetovskoye" olacaq.

2015-ci ilin mayında Ukraynada kommunist və nasional sosialist rejimlərin qınanması barədə qanun qüvvəyə minib. Bu qanuna görə ölkədə adı totalitarizmi xatırladan şəhər, küçə, müəssisə və ticarət markası qalmamalıdır.

Şərabı istehsal edən zavodun direktoru deyir ki, əslində mövcud olmayan, fantaziya məhsulu olan "Sovetovskoye" sözünü "məsləhətli", "məsləhət görülmüş" kimi başa düşmək lazımdır.

Ukrayna Milli Yaddaş İnstitutunun işçiləri dekommunizasiya məqsədilə adların siyahısını tuturlar. Zavod rəhbərliyi də brendin yeni adını həmin bu instituta göndərib. İnstitutun rəhbərliyi yeni adın qanuna zidd olmadığını qeyd etsə də adı bəyənmədiyini də gizlətməyib.

Buna da bax: Mərkəzi Bank dollar istəyənlərin işini çətinə saldı

İnstitutun direktor müavini Vladimir Tılşik bu addımı "köhnədən bərk-bərk yapışmaq cəhdi" və "faktiki aldatma" adlandırıb. Heç zavodun direktoru da yeni adın köhnəyə maksimum yaxın olmasına çalışıdıqlarını gizlətmir.

Ukrayna - rusiyapərəst Ukrayna prezidenti Viktor Yanukovych (sağda) Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə şampan içir, Kiyev, 2011
Ukrayna - rusiyapərəst Ukrayna prezidenti Viktor Yanukovych (sağda) Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə şampan içir, Kiyev, 2011

İnternet istifadəçiləri şərabın "Svetskoye" ("kübar" mənasında) adlandırılmasını təklif ediblər, amma bu ad artıq başqa istifadəçi tərəfindən qeydiyyatdan keçirilib.

Zavodun direktoru deyir ki, addan tamamilə imtina etmək faktiki olaraq yeni marka yaratmaq deməkdir. Bu isə məhsulu tanıtmaq üçün daha çox marketinq xərcləri və müəyyən satış səviyyəsinə çatmaq üçün "üç, hətta beş illik" zəhmət tələb edir.

Daha bir maraqlı məqam odur ki, AB-nin normativləri "şampan" adının yalnız Fransanın Şampan vilayətində istehsal olunan məhsullara şamil edilməsini nəzərdə tutur. Yəni on ildən sonra istehsalçılar məhsulun adındakı "şampan" sözündən də imtina etməli ola bilərlər.

XS
SM
MD
LG