Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:52

Avstriyalı atletlərin avtobusla vurulması işi məhkəmədə


Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

►Zərərçəkənlər Bakıya gəlməyib

Ötən il Avropa Oyunlarından bir gün öncə avstriyalı idmançıların düşdüyü avtobus qəzası üzrə məhkəmə prosesi başlanıb.

Yanvarın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə bu iş üzrə hazırlıq iclası keçirildi.

ZƏRƏRÇƏKMİŞLƏRLƏ DANIŞIQLAR APARILIR

Prosesdə 3 zərərçəkmiş avstriyalı idmançı –Vanessa Sahinovic, Pajer Luna və Verena Breyt iştirak etməyib. Hakim bildirdi ki, zərərçəkmişlərlə danışıqlar aparılır.

Cinayət işi üzrə 4 təqsirləndirilən var – avtobusun sürücüsü Vəli Əhmədov, Nizami RPİ Təhlükəsiz Şəhər xidmətinin əməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Hüseyn Salamov və Xidmətin Sərnişindaşıma departamentinin məsləhətçisi Fərid Əmiraslanov.

Fərid Əmiraslanov barəsində iltizam qətimkan tədbiri seçilib, digər 3 nəfər həbsdədir. Polis əməkdaşı vəzifəsindən sui-istifadə edərək həmin görüntüləri yaymaqda (308-ci maddə,), Nəqliyyat Nazirliyinin işçiləri sürücünü xəttə buraxmaqla səhlənkarlığa yol verməkdə (314-cü maddə) ittiham olunurlar. Sürücü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda (263) təqsirli bilinir.

Buna da bax: Neft və Sənaye Universitetində 19 kafedra bağlanır

HAZIRLIQ İCLASI DAVAM EDƏCƏK

Zərərçəkmişlərin də məhkəmədə mülki iddia qaldırmaq, vəsatətlər vermək və s. hüquqlarının olduğunu deyən hakim onların məhkəmədə iştirakla bağlı mövqeyinin müəyyənləşdirilməsi üçün prosesdə fasilə verdi. Hazırlıq iclası yanvarın 15-də davam edəcək.

İyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurub. Ötən avqustda Avstriya mediası Vanessa Sahinovic-in çətin durumda olduğunu, ailəsinin onun hərəkət qabiliyyətinə uyğun ev axtardığını yazırdı. 15 yaşlı idmançının qəzadan sağ çıxmasının möcüzə olduğu da vurğulanırdı. Digər iki idmançının xəsarəti ağır olmayıb.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

XS
SM
MD
LG