Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Rubl kəllə-mayallaq gedir


-

Azərbaycanlı miqrantların pul qazandığı Rusiyada milli valyurta - rubl ABŞ dollarına nisbətdə düşməkdə davam edir.

Yanvarın 21-i səhər saatlarında 1 ABŞ dolları 84 rubl 44 qəpik olub ki, bu 1998-ci ildən bu yana ən aşağı həddir.

Avro isə təxminən 92 rubl olub.

Hər iki valyuta günün əvvəllərində 3 rubldan çox bahalaşıb.

Satışdan yarım saat sonra rubl 4 faiz ucuzlaşıb.

Buna səbəb dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.

Hazırda Brend markalı neftin bareli 27 dollar 78 sentdir.

İranın beynəlxalq sanksiyaların qaldırılmasından sonra gündəlik bazara 500 min barel neft çıxarması isə neftin düşməsini daha da sürətləndirib.

Həmçinin Ukrayna münaqişəsinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.

KREML "ÇÖKÜŞ" SÖZÜNƏ QARŞIDIR

Rusiya prezidentinin sözçüsü Peskov isə "rublun çökməsi" ifadə ilə razılaşmadığını bildirib.

Onun fikrincə, rubl müəyyən qədər dəyərdən düşsə də, bu çöküş anlamına gələ bilməz. "Bizim Mərkəzi Bank proseslərə nəzarət edir" - deyə o bildirib.

Rus rublu Xaçmazı manatsız qoyur
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Azərbaycanın rubl "dərdi"
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

XS
SM
MD
LG