Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Ekspertdən xəbərdarlıq: bank sektoru bata bilər


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

«Hökumət təcili tədbirlər görməsə, xarici valyutada problemli borclar bütövlükdə bank sektorunu batıra bilər». İqtisadçı ekspert Qubad İbadoğlu belə bir açıqlama yayıb.

«XARİCİ VALYUTADA BORCUN PAYI 95 FAİZDƏN ÇOXDUR»

Ekspertin sözlərinə görə, ötən il xarici valyutada problemli borcların üstünə 500 milyon manat da gəlib: «Mərkəzi Bankın açıqladığı son məlumata əsasən… vaxtıkeçmiş problemli kreditlərin ümumi məbləği 1.5 milyard manatı ötüb, onun da 44.3 faizi xarici valyutada kreditlərdir. Ötən ilin əvvəlində bu göstərici manatın xeyrinə80 faizin 20-ə nisbətində idi».

Q.İbadoğlu deyir ki, ümumi həcmin yarıbayarı artımında xarici valyutada borcun payı 95 faizdən çoxdur: «Bir il ərzində xarici valyutada problemli borcların həcmi 500 milyon manatadək artıb. Təbii ki, bunun başlıca səbəbi manatın bir ildə 2 dəfə devalvasiyası ucbatından öz dəyərini 100 faizdən çox itirməsi, banklara valyutada borcu olan müştərilərin məzənnə fərqinə görə əlavə itkilərə məruz qalmasıdır».

«XARİCİ VALYUTADA BORC PROBLEMİ ÇÖZÜLMƏSƏ...»

Ekspertin fikrincə, xarici valyutada borc problemi çözülməsə, vaxtıkeçmiş kreditlərin toplam kreditlərdəki payı kəskin arta bilər: «Bu isə bütövlükdə bank sektorunda ziyanın çoxalmasına və maliyyə mötəbərliyinin azalmasına gətirib çıxarar. Yaranmış vəziyyətin fəlakətli hala keçməməsi üçün hökumət təcili tədbirlər görməlidir. Əks təqdirdə, problem bütövlükdə bank sektorunu batıra və onun sosial fəsadları daha da kəskinləşə bilər».

Həmçinin izlə: AzadlıqRadiosu Youtube kanalından izləyin:

XS
SM
MD
LG