Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:42

Böyük kitabçı 199 yaşa çatdı…


Əbdülqəni Əfəndi Nuxəvi
Əbdülqəni Əfəndi Nuxəvi

-

İz - Böyük kitabçı 199 yaşa çatdı...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

2016-cı ildə Azərbaycanın ən böyük kitabçısının-ədəbiyyatşünas, pedaqoq, maarifçi Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin 199 yaşı tamam olur.

Əbdülqəni Əfəndi 1817-ci ildə Şəkidə ziyalı bir ailədə doğulub.

XALİSƏ QARI

Ulu nənəsi Xalisə qarının bu nəslin inkişafında böyük rolu olub.

Elə bu üzdən onun adını soyad seçiblər və özlərini Xalisə qarının övladları adlandırıblar.

Xalisə qarı aşıq poeziyasının bilicisiymiş. Hətta aşıq poeziyasının toplandığı «Anamın kitabı» adlanan kitab da tərtib edibmiş. Təəssüf ki, bu kitab günümüzə çatmayıb...

Xalisə qarı bütün ömrü boyu kitablar toplayıb. Maraqlıdır ki, ailə quranda özü ilə kitablarını da cehizinə qoşub.

ƏBDÜLQƏNİ ƏFƏNDİ

Sonralar onun kitabxanasını Əbdülqəni Əfəndi artıraraq böyük bir xəzinəyə çevirib. Uzun illər bu kitabxana ümumi kitabxana kimi fəaliyyət göstərib və buna görə sahibi heç kəsdən heç nə almayıb.

Şəkinin mədrəsələrində dərs deyib. Onun dərslikləri indi Əlyazmalar İnstitutunda saxlanılır.

Əbdülqəni Əfəndi ömrü boyu xalqın maariflənməsinə çalışıb, özü də əsərlər yazıb. Bu əsərlər də təhsillə bağlı əsərlərdir.

Azərbaycanda mətnşünaslığın inkişafında da onun xidməti böyük olub.

XIX əsrdə onun və Mirzə Kazım bəyin sayəsində mətnşünaslıq elm sahəsi kimi formalaşıb.

Əbdülqəni Əfəndi həm getdiyi xarici məmləkətlərdən kitab alıb gətirir, həm də özü üzünü köçürürmüş. Kitabxanasını mübadilə yolu ilə də zənginləşdirirmiş.

Əfəndinin ölümündən sonra (1879) onun övladları, nəvələri bu işi davam etdiriblər.

Ancaq bolşeviklərin gəlişi kitabxananın da ömrünə balta çalıb.

ARAŞDIRICI KAMANDAR ŞƏRİFLİ

İslama, Qurana qarşı aparılan kampaniyada ərəb əlifbasıyla çıxan bütün kitablar məhv edilib.

Əbdülqəni Əfəndinin kitabxanası da yandırılıb.

Həmin kitabların bir qismi əllərdə, bir qismi isə evlərdə mal tövlələrində gizlədilib.

Araşdırıcı Kamandar Şərifli 70-ci illərdə onun 2 minədək əlyazma kitabını Azərbaycanın müxtəlif bölgələrindən tapıb üzə çıxarıb.

Bu kitablar tonqaldan xilas olan əlyazma kitablardır.

Onları mal tövlələrində basdırıb saxlayıblar.

Kamandar Şərifli həmin kitablardan bəziləriniöz əliylə axurdan çıxardığını ürəkağrısı ilə xatırlayır...

Əziz oxucu! Bu dediklərimiz cəmi 62 il ömür sürmüş Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadənin etdiklərinin bir hissəsidir.

Onun daha nələr etdiyini AzadlıqRadiosunun «İZ» proqramının hazırladığı «Qadın soyadlı əsl Kişi» radiodastanını dinlədikdən sonra anlayacaqsınız.

Beləliklə, fevralın 21-də saat 23-də AzadlıqRadiosunda «Qadın soyadlı əsl Kişi» radiodastanı səslənəcək.

Bu «İz»i itirməyin.

XS
SM
MD
LG