Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:34

Xaşxaş toxumu içində kitab


V.Aniskin. Ən miniatür kitablar
V.Aniskin. Ən miniatür kitablar

-

İynənin gözündə dəvə karvanı düzəltməsilə məşhur olan bir rus alimi iddia edir ki, dünyanın ən kiçik kitabını yaradıb. Sibirdə yaşayan mikrominiatürist Vladimir Aniskin beş il sərf edib bu kitabın texnologiyasını yaratmağa.

Kitabın iki versiyası var. Birində rus əlifbasını çap edib, o birində isə 19-cu əsr yazıçısı Nikolay Leskovun "Solaxay" hekayəsini.

O, kitabı bir lalənin tumuna, başqa sözlə, xaşxaş toxumuna yerləşdirib. Tumu qızıl nimçənin içinə qoyub. Hər iki tərəfində yazılar olan vərəqləri iti metal iynə ilə çevirmək olur.

Aniskin deyir ki, işin ən çətin tərəfi kitabın səhifələrini çevriləcək şəkildə bir-birinə yapışdırmaqdır. Kitab mikron ölçü vahidiylə 70-in 90-a nisbətindədir, yəni 0.07 millimetrin 0.09 millimetrə nisbətində.

Bundan əvvəlki ən miniatür kitab rekordu Yaponiyada "Dörd fəslin gülləri" adlı 0.74 -ün 0.75mm-ə ölçüsündə kitab idi.

V.Aniskin Rusiya Elmlər Akademiyasının Sibir bölməsində Tətbiqi və nəzəri riyaziyyat İnstitutunda işləyir. İndi o, bu kitabın daha 8 dənəsini düzəltmək, kitabın ümumi tirajını 10-a çatdırmaq istəyir.

Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Miniatür Kitablar Muzeyi bahalı miniatür kitabların müştrilərindən biridir, onlar vaxtaşırı Rusiyadan və başqa ölkələrdən miniatür kitablar alırlar.

XS
SM
MD
LG