Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:43

Bakıda alternativ enerji müzakirələri


Elektrik enerjisi hasil edən külək qurğusu.
Elektrik enerjisi hasil edən külək qurğusu.

-

«Enerji resurslarının şaxələnməsi mühüm əhəmiyyət kəsb edir».

Bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers «Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?» mövzusunda Bakıda keçirilən müzakirələrdə bildirib. Müzakirələr IV Qlobal Bakı Forumu çərçivəsində təşkil olunub.

APA-nın xəbərinə görə, sabiq prezident deyib ki, neftdən, qazdan əlavə, günəş, külək və digər alternativ enerji mənbələrindən də istifadə edilməlidir. Alternativ enerji əldə edilməsinin yeni texnologiyaları tapılmalıdır: «Bəzən bildirilir ki, günəş, külək enerjisi baha, neft və qaz isə ucuz başa gəlir. Yeni texnologiyalar tapılmalıdır ki, vəziyyəti dəyişmək mümkün olsun».

Energetika naziri Natiq Əliyev isə deyib ki, Azərbaycan neft ölkəsidir. Bununla belə, bərpa olunan enerji istehsalı üçün əlverişli iqlimə sahibdir: «Abşeron yarımadası və digər ərazilər çox vaxt küləkli olur. Bu o deməkdir ki, külək enerjisinin istehsalı üçün də əlverişli şərait mövcuddur. Bundan başqa, Azərbaycanda il ərzində günəşli günlərin də sayı çox olur».

XS
SM
MD
LG