Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:37

Əla qiymət alanların ancaq yarısı...


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisə edilib.

APA-nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən verdiyi xəbərə görə, attestatda bütün qiymətləri «5» olanlarla bütün qiymətləri «3» olanların imtahan balları tutuşdurulub.

«Tam orta məktəbi bütün fənlərdən «3» qiymətlə başa vuran məzunların 97.02 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif olub. «5» qiymətlə bitirən məzunların isə yalnız 48.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir»,-deyə komissiyadan bildiriblər.

TQDK şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib. Kitabları Təhsil Nazirliyi dərs vəsaiti kimi təsdiq edib.

XS
SM
MD
LG