Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Fermerlər bir az gec sevinəcək?


►Onlara yardım qaydaları yenilənib

Yaz tarla işlərinin qızğın çağı olsa da, fermerlər payız səpini üçün yanacaq və motor yağlarının qiymətinə görə hökumətdən subsidiya almayıblar. Səbəb heç də pulun olub-olmaması deyilmiş.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Bağış Əhmədov AzadlıqRadiosuna deyib ki, ötən ilin avqustunda “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nı yenilənib.

İyulun 20-də fermerlərin üzü güləcək?

Bu sənədə görə, yardım iki mərhələdə yox, bir ödənişlə təqdim olunur. Beləliklə, bu ildən etibarən, kənd təsərrüfatı məhsulları istehsalçıları subsidiyanı iyulun 20-dən almağa başlayacaqlar.

Subsidiyalar fermerlərə 2007-ci ildən verilir. Buğda və çəltik istehsalçıları, başqalarından fərqli olaraq, becərmə işlərinə sərf etdikləri yanacaq və motor yağlarına görə, hər hektara 50 manatdan əlavə 40 manat da alırlar.

Yardım almaq üçün ərizələr mayın 25-dək kənd komissiyalarına təqdim edilməlidir. Vəsait nağd şəkildə deyil, fermerin adına açılan kart hesabına ödənilir.

Yardımın əsas meyarı

Əvvəllər olduğu kimi, subsidiya verilməsində əsas meyar əkin sahəsinin ölçüsüdür. Dövlət başçısı subsidiyaların verilməsində şəffaflığın artırılmasına və meyarlara yenidən baxılmasına dair dəfələrlə göstəriş verib.

Kənd təsərrüfatı məhsulları istehsalına subsidiya alan təsərrüfatların sayı 370 mindən çoxdur. Əkin sahələri isə 1,3 milyon hektarı əhatə edir.

Bu il istehsalçılara ötən ildəki qədər - 186,2 milyon manat subsidiya ödəmək nəzərdə tutulur. Keçən ildən subsidiyaların həcmi 50 milyon manat artırılıb. Buraya gübrə satışına görə 70 faizlik güzəştlər də daxildir.

XS
SM
MD
LG