Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

"Putinka" arağının gəliri kimə çatır?


►Putinin dostları "Putinka" brendindən gəlir götürürlər

RBK internet nəşrinin apardığı araşdırmanın nəticəsinə görə, "Putinka" ticarət nişanının sahibi 2015-ci ildə 200 milyon rubldan çox qazanc əldə edib.

Yazıda deyilir ki, bu brendin məxsus olduğu "Real İnvest" şirkəti Vladimir Putinin yaxın dostu, musiqiçi Sergey Rolduginin partnyoruna məxsusdur.

Öz növbəsində "Real İnvest"in 66,7 %-i "Ermira Consultants Limited" adlı bir Kipr şirkətinə, 33,3 %-i isə "Stik" MMC-yə məxsusdur.

Yazıda qeyd edilir ki, həmin Kipr şirkətinin sahibi Vladislav Kopılovdur. Adı, soyadı, və hətta ünvanı bu şəxslə üst-üstə düşən adam Rusiyada "Uşaq idmanına dəstək" adlı qeyri-kommersiya qurumunun həmtəsisçisi rolunda çıxış edir.

RBK-nın hesablamalarına görə, keçən il 19 milyon litr "Putinka" arağı satılıb. Bu arağı buraxan zavodlar brendin sahibinə xüsusi haqq (royalti) ödəyirlər. Bu məbləğin dəqiq həcmi bilinməsə də, ekspertlər onun 2015-ci ildə 190 - 380 milyon rubl olduğunu qeyd edirlər.

Bu qurumun digər həmtəsisçisi isə yuxarıda adı çəkilən violonçelist Sergey Roldugindir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project) araşdırması nəticəsində məlum olub ki, "Panama Sənədləri"ndə əksini tapmış 2 milyard dolların hesablarından keçib getdiyi ofşor şirkətlər də məhz ona məxsusdur.

RBK aşkar edib ki, iş adamı Kopılovun Rolduginlə əməkdaşlığı bununla məhdudlaşmır. Onlar bundan başqa daha iki kommersiya layihəsində əməkdaşlıq ediblər. Bu layihələrdən biri Baltik media qrupunun sahibidir. Digər birgə layihə isə "Zenit" futbol klubunun, demək olar ki, 11%-nə nəzarət edir.

RBK iddia edir ki, "Putinka"nın topdan sifarişləri və satışı ilə milyarder Vasiliy Anisimovun şirkətləri məşğul olur. Anisimov başqa bir milyarder - Arkadiy Rotenberqin dostudur.

Arkadiy Rotenberqin oğlu İqor Rotenberqin Kiprdə qeydiyyatdan keçmiş şirkəti "Putinka" arağını istehsal edən bir neçə iri araq zavoduna nəzarət edir. Arkadiy Rotenberqlə qardaşı Boris Rotenberqin birlikdə sahibi olduqları SMP Bankı yuxarıda isə adı çəkilən ("Putinka" ticarət nişanına nəzarət edən) "Real İnvest" şirkətini maliyyələşdirib.

Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

XS
SM
MD
LG