Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Agramunt Qarabağdan danışıb


Pedro Agramunt
Pedro Agramunt

-

«Avropa Şurasının mandatının olmamasına baxmayaraq, parlament diplomatiyası Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək edə bilər».

«Turan»ın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Agramunt Strasburqda bu qurumun aprelin 18-də başlayan yaz sessiyasında çıxışında deyib.

P.Agramunt aprelin əvvəlində Dağlıq Qarabağda baş vermiş gərginliyə toxunaraq, bütün üzv ölkələri ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşmağa çağırıb:

«Bu ayın əvvəlində Dağlıq Qarabağ bölgəsində yenidən zorakılıqlar şiddətləndi. Bu da təmas xətti boyu mülki vətəndaşlar da daxil olmaqla, çoxsaylı insan itkisi ilə nəticələndi. Mən çoxsaylı insan tələfatı və zorakılıq əməllərinin baş verməsindən çox üzgünəm. Əminəm ki, hər iki tərəf bu gərginliyə son qoymalı və atəşkəsə riayət etməlidir. Mən 47 üzv ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının zəruriliyini ifadə etmişəm. Həmişə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaya çağırmışam».

P.Agramunt əlavə edib ki, hər iki tərəf deskalasiyanı təmin etməli və güc tətbiqini dayandırmalıdır: «Beynəlxalq hüquq münaqişənin sülh yolu ilə nizamlanmasına zəmin verir. Ermənistanla Azərbaycan beynəlxalq hüquq qarşısında öhdəliklərinə əməl etməlidirlər və münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmalıdırlar».

AŞPA prezidenti diqqətə çatdırıb ki, bu məsələ onun gündəliyində birinci dərəcəli məsələ olaraq qalır.

XS
SM
MD
LG