Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:26

AXCP-nin şikayəti təmin edilmədi


Əli Kərimli
Əli Kərimli

-

Mayın 5-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Əli Kərimlinin qurultayın nəticələrinin tanınmaması ilə bağlı məhkəmə qərarından verdiyi şikayətə baxılıb.

Hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Bunu AzadlıqRadiosuna AXCP-nin hüquqi nümayəndəsi Səməd Rəhimli bildirib.

S.Rəhimli deyib ki, Ədliyyə Nazirliyi AXCP-nin sonuncu qurultayının nəticələrini tanımır. Buna görə də, qurultayın nəticələri dövlət reyestrində əksini tapmır.

2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi isə iddianın təmin edilməməsi barədə qərardad çıxarıb. AXCP və Ə.Kərimli həmin qərardaddan apellyasiya şikayəti vermişdilər.

XS
SM
MD
LG