Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Cəbhədə atırlar


Qarabağda erməni əsgərlər.
Qarabağda erməni əsgərlər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 126 dəfə pozublar.

Bu zaman 60, 82 və 120 millimetrlik minaatanlardan istifadə edildiyi bildirilir .
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindəki mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərinin vurulduğu açıqlanır.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarındakı Azərbaycan ordusunun mövqeləri də atəşə tutulub.

Nazirlik bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə cavab verib.

XS
SM
MD
LG