Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Britaniya mülklərinin əcnəbi sahibləri açıqlanacaq


David Cameron və John Kerry London sammitində
David Cameron və John Kerry London sammitində

Londonda keçirilən antikorrupsiuya sammitində ölkələrdən oğurlanmış aktivlərin qaytarılması üçün qlobal plan qəbul edilib

Londonda keçirilən birinci antikorrupsiya sammitində bəyan edilib ki, Aktivlərin Qaytarılması üzrə Qlobal Forum (The Global Forum for Asset Recovery) Nigeriya, Ukrayna, Şri Lanka və Tunisə aid aktivlərin bu ölkələrə qaytarılması üçün hökumətlərarası müzaklirələri təşkil edəcək.

İlk görüş gələn il Vaşinqton və Londonun həmsədrliyi altında ABŞ-da, BMT və Dünya Bankının iştirakilə keçiriləcək.

Belə bir forumun yaradılması tarixdə ilk dəfədir ki, baş verir.

Britaniya mülklərinin müsadirəsi

Sammitdə bir daha vurğulanıb ki, son zamanlar Birləşmiş Krallıq, xüsusilə də London əcnəbi zənginlərin mülklər aldığı və sərvət gizlətdiyi məkana çevrilib.

Korrupsiyaçı fərd və ölkələr bundan sonra öz çirkli pullarını Londonun mülkiyyət bazarı vasitəsilə yuya və gizlədə, dövlət vəsaitindən mənfəətlənə bilməyəcəklər

Britaniyanın baş naziri David Cameron deyib ki, bu halın qarşısının alınması məqsədilə Birləşmiş Krallıqda daşınmaz əmlaka sahib xarici şirkətlər öz aktivlərini dövlət reyestrində qeydiyyatdan keçirməli olacaq.

Baş nazirin ofisi bildirib ki, cənab Cameron-un planına təkcə gələcək alıcılar yox, həm də artıq belə mülkiyyətə sahib olanlar da daxildir.

Bu isə o deməkdir ki, indiyədək Britaniya və Londonda daşınmaz əmlak almış şirkətlər dövlət reyestrində qeydiyyatdan keçəcək və sahiblərini bəyan etməli olacaq.

Hökumət izah edib ki, bununla da “korrupsiyaçı fərd və ölkələr bundan sonra öz çirkli pullarını Londonun mülkiyyət bazarı vasitəsilə yuya və gizlədə, dövlət vəsaitindən mənfəətlənə bilməyəcəklər”.

Təşəbbüsə Gürcüstan da qoşulub

Beş başqa ölkə - Fransa, Keniya, Hollandiya, Nigeriya və Əfqanıstan buna bənzər dövlət reyestrlərinin tətbiq ediləcəyini bildirib.

Avstraliya, Yeni Zelandiya, İordaniya, İndoneziya, İrlandiya və Gürcüstan da bu təşəbbüsə qoşulmaq istiqamətində ilkin addımların atılacağını vəd edib.

Bəs ofşorlar?

Bermud və Kayman adaları da daxil Britaniyaya bağlı “vergi cənnətləri” antikorrupsiya toplantısında iştirak edirlər, lakin Vircin adaları bu sammitdə yoxdur. Bu yaxınlarda böyük rüşvət qalmaqalları yaşamış FİFA da görüşdə təmsil olunmayıb.

Britaniyanın Vircin adaları reyestr məlumatlarının avtomatik paylaşılması proqramına qoşulmasa da, baş nazir Cameron deyib ki, krallığa bağlı bu ərazi şəffaflıq istiqamətində müəyyən addımlar atır.

Cersi, Kayman adaları, Bermud, Angilya və Men adası reyestrlərin paylaşılması proqramına qoşulublar.

Lakin Men adasının birinci naziri Alan Bell deyib ki, ABŞ-ın Delaver ştatı kimi vergisiz ərazilər sözü gedən proqrama qoşulmadan bu sahədə tərəqqi əldə etmək çətin olacaq.

ABŞ dövlət katibi John Kerry bəyan edib ki, bu ay Obama administrasiyası şirkət sahibliyinin açıqlanmasını icbari edən bir sıra maliyyə tədbirlərini elan edib.

XS
SM
MD
LG