Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Eks-nazir yenidən həbs edilib


Naxçıvan
Naxçıvan

Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik Naziri Vəli Əsgərovun yenidən həbs edilib.

Bu barədə vəkil Vüqar Xasayev Musavat.com-a məlumat verib. Bundan öncə V.Əsgərov ev dustaqlığında idi.

V.Xasayevin sözlərinə görə,qətimkan tədbirinin dəyişdirilməsinə V.Ələsgərovun ev dustağı ikən onunla skayp-la danışması səbəb göstərilib. İstintaqın mövqeyinə görə, bu, ev dustaqlığının şərtlərini pozur. Məhkəmə bunun əsasında ev dustaqlığı haqda qərarı dəyişərək, keçmiş nazirinin yenidən həbsi ilə bağlı qərar verib

Vüqar Xasayev bundan əvvəl demişdi ki, keçmiş nazir təhqir və işgəncələrə məruz qalıb. Özünün və qohumlarının əmlakları əlindən alınıb. Bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib. Ancaq onun müraciəti Naxçıvana göndərilib. O, işin Bakıda araşdırılmasını istəyirdi. Keçmiş nazirin başqa bir vəkili Tofiq Allahverdiyev isə demişdi ki, Vəli Ələsgərovla görüşmək məqsədi ilə aprelin 26-da Naxçıvana gedib. Ancaq muxtar respublikanın dövlət təhlükəsizlik xidmətinin iki əməkdaşı onu məcburi şəkildə hava limanına gətirərək, Bakıya yola salıblar.

Həm Naxçıvan Muxtar Respublikasında, həm də Bakıda hakimiyyət orqanları həbsxana və təcridxanalarda işgəncələrin olması ilə bağlı iddiaları qəbul etmirlər.

Ötən ilin oktyabrında Azərbaycan Milli Təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan sonra bu qurum ətrafında bir sıra proseslər baş verdi. Nazirliyin bir çox rəhbər şəxsi həbs edildi. Ötən il dekabrın 14-də isə prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyini ləğv etdi. Bu qurumun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.
Naxçıvanda da yeni yaradılan quruma rəhbər Vəli Əsgərov yox Fazil Ələkbərov təyin edilmişdi.

XS
SM
MD
LG