Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

ABŞ Xədicənin buraxılmasını alqışlayır


Mark Toner
Mark Toner

-

Birləşmiş Ştatlar AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın Ali Məhkəmənin qərarıyla şərti cəzayla azadlığı buraxılmasını alqışlayır. «Buna müsbət addım kimi baxırıq və Azərbaycan hökumətini ona qarşı qalan ittihamları qaldırmağa çağırırıq», - Dövlət Departamentinin sözçüsü Mark Toner deyib.

«Azərbaycan ifadə azadlığını, mülki və siyasi iştiraklılığın məkanını genişləndirməkdədir, bu, ölkəni və ikitərəfli əməkdaşlığımızı gücləndirəcək», - bəyanatda vurğulanır.

Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

Jurnalistə ümumilikdə 5 maddə üzrə ittiham verilmişdi, 125-ci maddə üzrə elə Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət aldı. Mayın 25-də isə Ali Məhkəmə ağır cinayətlər sayılan iki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ona bəraət verib. Digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəzanı şərti cəza ilə əvəzləyib. Bu maddələr az ağır hesab olunur.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, bütün ittihamları rədd edir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG