Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:43

Ş.Mövsümov: «Devalvasiya söhbəti ajiotajdır»


Şahmar Mövsümov
Şahmar Mövsümov

«Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır».

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə deyib.

«Bu gün çox sayda insan manatı yüksək məzənnə ilə dollara dəyişir. Sonra ona manat lazım olanda, aşağı məzənnə ilə dollar satır. Nəyə görə? Kimdənsə eşidib ki, devalvasiya olacaq. Nəticədə isə vətəndaş itki ilə üzləşir. Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır», - Mövsümov bildirib.

Onun sözlərinə görə, bu cür əməliyyatlar «yüksəkriskli spekulyativ əməliyyatlar» sayılır. «Bu əməliyyatlar nəticəsində qazanc əldə etmək olduqca çətindir. Bunu yalnız çox yüksək səviyyədə biliklərə malik olan treyderlər edə bilərlər, lakin onlar da çox vaxt itki ilə üzləşirlər. Hansı valyutada qazanc əldə edirsinizsə, o valyutada da xərcləmək lazımdır», - icraçı direktor qeyd edib.

Son bir neçə gündə Azərbaycanda manatın növbəti devalvasiyası haqda məlumatlar dolaşmaqdadır.

Buna da bax - Ş.Mövsümov: «Biz valyutaların arxasınca düşmürük»

XS
SM
MD
LG