Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:49

«Tax Free» qüvvəyə mindi


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycanda alış-veriş edən əcnəbilər geri döndüklərində ödədikləri əlavə dəyər vergisini geri ala biləcəklər.

Bununla bağlı ölkə prezidenti İlham Əliyev «Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası»nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Xəbəri president.az saytı yayıb.

Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi güdür.

XS
SM
MD
LG