Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:22

'Gülənçi axtarırlarsa, getsinlər məmurlar arasında...'


Qafqaz Universitetində bağlanma həyəcanı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Qafqaz Universitetində bağlanma həyəcanı

►'Gülənçi axtarırlarsa, getsinlər məmurlar arasında...'

İyulun 20-də Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti bağlanıb.

Bu haqda Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul edib.

Universitet əməkdaşları bağlanmaq xəbərini mediadan öyrənib

23 ildir Azərbaycanda fəaliyyət göstərən, tələbələr, müəllimlər arasında yetərincə populyar olan bu ali məktəbin niyə qapadıldığını universitetdən öyrənmək istədik.

Özünü təqdim etməyən əməkdaş səbəblər barədə bilgisiz olduqlarını, universitet rəhbərliyinin hazırda Təhsil Nazirliyində olduğunu söylədi:

Qafqaz Universitetinin əməkdaşları şərh vermirlər
Gözlə

No media source currently available

0:00 0:00:07 0:00
Direct-ə keçid

“Məlumat verə bilməyəcəyəm, çünki universitetin bağlanması xəbərini biz də saytlardan öyrənmişik. Rektor da yoxdu, nazirlə görüşdədir”.

Iyunun 20-də günün sonunda universitetlə bir neçə dəfə əlaqə saxlasaq da, rəhbərliyin yerində olmadığını bildirdilər.

“Bu, Azərbaycanın təhsil sisteminə vurulan çox böyük zərbədir”

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

Milli Şuranın fəallarından biri, vaxtilə Qafqaz Universitetində müəllim işləmiş Gültəkin Hacıbəyli deyir ki, Türkiyədəki son hadisələrdən sonra bu təhsil ocağının bağlanması gözlənilən idi:

“Türkiyədə hakimiyyət çevrilişinə cəhd nəticəsində Fethullah Gulen-ə aid olduğu bildirilən terror şəbəkəsi aşkara çıxarıldı. Bunun nəticəsində Türkiyə siyasi hakimiyyətinin Azərbaycandan gülənçilərlə mübarizədə konkret addımlar atmaq tələbi ortadadır.

Gültəkin Hacıbəyli: Bu, təhsil sisteminə böyük zərbədir
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

Düşünürəm ki, Fethullah Gulen-dən müsahibəni anons etdiyinə görə qapadılan ANS kanalından sonra həmin şəbəkəyə aid olduğu bildirilən Qafqaz Universitetinin bağlanması da zəncirin bir halqasıdır. Bu, gözlənilən idi. Mən bu universitetdən hakimiyyətin universitet rəhbərliyi qarşısında qoyduğu tələblə bağlı uzaqlaşdırılmışam. Universitetin hakimiyyətin tapşırığını, qanunsuz tələblərini yerinə yetirməsinin də şahidi olmuşam. Ancaq insaf naminə qeyd etməliyəm ki, çalışdığım müddət ərzində Qafqaz Universitetində tələbələrə yalnız yüksək səviyyəli təhsilin verilməsinin şahidi olmuşam. Dini təbliğatın, dini zəmində ayrı-seçkiliyin, dini dünyagörüşü ilə bağlı müəllimlərə və şagirdlərə təzyiq edilməsini görməmişəm. Yüksək təhsilə, böyük kadr potensialınamalik bu universitetin bağlanmasını düzgün saymıram. Bu, Azərbaycanın təhsil sisteminə vurulan çox böyük zərbədir”.

İyulun 15-də Türkiyədə çevriliş cəhdindən sonra ölkə rəsmiləri hadisənin arxasında Fethullah Gulen-ə bağlı olan FETÖ (Fetullahçı Terror Örgütü) qruplaşmasının dayandığını bildirdi. 300-ə yaxın adamın ölümü ilə nəticələnən hadisənin ardınca sonra Türkiyədə kütləvi həbslər və işdən çıxarılmalar başlayıb. İşdən çıxarılanlar arasında yüzlərlə ali məktəb müəllimləri, dekanlar da var. Türkiyədəki hadisələrdən sonra Fethullah Gulen-lə müsahibə yayacağı üçün ANS telekanalı, Qafqaz Universiteti və “Zaman –Azərbaycan” qəzeti bağlanıb. (ardı aşağıda)

Buna da bax: Bakı sakinləri ANS TV-nin bağlanması barədə

Bakı sakinləri ANS TV-nin bağlanması barədə
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

“Gülənçiləri məmurlar arasında axtarmaq lazımdır”

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Gulen-ə bağlı qurumları qapatmaqla Azərbaycan hakimiyyəti müstəqil siyasət yeridə bilmədiyini nümayiş etdirir:

Azər Rəşidoğlu: Qafqaz Universiteti mükəmməl təhsil verirdi
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

“Qafqaz Universiteti Azərbaycanda mükəmməl təhsil verən ali məktəb idi. Bu ali məktəbin bağlanması Azərbycan təhsilinə ciddi zərbə vuracaq. Türkiyədəki hadisələrdən sonra, ANS-in, Qafqaz Universitetinin, “Zaman-Azərbaycan” qəzetinin və saytının bağlanması Azərbaycanın müstəqil siyasət yeritmədiyinin göstəricisidir. Azərbaycan zaman-zaman ya Rusiyanın, ya İranın, ya da başqa bir ölkənin diktəsi ilə oturub durub. Bu gün də Erdogan-ın atacağı addımlardan sığortalanmaq üçün Fethullah Gulen-ə yaxınlığı deyilən dairələrə qarşı təqiblərin aparılması yolverilməzdir. Bu cür adamları ali məktəblərdə yox, hakimiyyətdəki məmurlar arasında axtarmaq lazımdır. Əgər hakimiyyət Erdogan-ın qəzəbindən çəkinirsə, həmin məmurların kənarlaşdırılması daha məqbul olardı”.

Azər Rəşidoğlunun fikrincə, görünən odur ki, bu proseslər hələ davam edəcək.

Qafqaz Universiteti tələbələrinin və müəllimlərinin taleyinə isə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov aydınlıq gətirib.

Xalik Məmmədov sosial şəbəkədə yazıb ki, tələbələr təhsillərini, pedaqoji heyət isə işini Bakı Ali Neft Məktəbində davam etdirəcək.

İki il əvvəl Fethullah Gulen-ə bağlı olduğu deyilən “Çağ Öyrətim” məktəbləri də SOCAR-ın sponsorluq etdiyi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə verilmişdi.

XS
SM
MD
LG