Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Ekspert: 'Sosial mənzillərin tikintisi bazara təsir göstərməyəcək'


►Sosial mənzillərdən bir gözlənti də şişirdilmiş bazar qiymətlərinin aşağı salınmasıdır

Sosial mənzillər 2009-cu ildə təsdiqlənən Mənzil Məcəlləsinin tələbi olsa da, hökumət yalnız bu il əməli addımlara başlayıb.

İlkin mənzillərə yer də ayrılıb. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bildirir ki, bu mənzillər paytaxtın Yasamal rayonunda - Xarici Dairəvi Avtomobil yolunun kənarındakı 11,6 hektarlıq sahədə tikiləcək.

Sosial mənzillərdən bir gözlənti ehtiyac duyanların evlə təmin edilməsidirsə, digər gözlənti şişirdilmiş bazar qiymətlərinin aşağı düşməsidir.

“Gələcək 2 ildə...”

Əmlak məsələləri eksperti Rəşad Əliyevin qənaətincə, sosial mənzil tikintisinin yaxın zamanda bazara təsiri real görünmür:

“Məsələn, bir 16-mərtəbəli binanın tikintisi, ortalama, 1,5-2 ilə başa çatır. Binalar mərhələ- mərhələ istifadəyə veriləcək, yəni bu, hələ gələcəyin işidir və buna çoxlu pul lazımdır. Üstəlik, gələcək layihələr haqqında heç nə bilmirik. Yəni, nə qədər mənzillərin paylanacağı bəlli deyil. İndi bilinən odur ki, gələcək 2 ildə sosial mənzillərin tikintisi bazara təsir göstərməyəcək”.

Buna da bax: Mənzil sevdasında olanlar

“Cüzi təsiri olsa da, hiss etməyəcəyik”

Ancaq ekspert “ucuz ev”in ötücü psixoloji təsirini istisna etmir:

“Bazara müvəqqəti cüzi təsiri olsa da, biz bunu hiss etməyəcəyik, çünki bazarda vəziyyət onsuz da çox pisdir və hər şey pisə doğru gedir. Bir də nəzərə almaq lazımdır ki, sosial mənzillər ev almağa imkanı olmayan insanlara veriləcək. Yəni, onlar onsuz da bazardan ev almağa imkanları olmayanlardır və bu, bazardakı alıcı sayını ciddi azaltmayacaq”.

“Əlavə mənzillərə də təsir göstərməyəcək”

R. Əliyevin fikrincə, sosial mənzilləri bazarda satmaq da mümkün olmayacaq:

“Bu, bazara əlavə mənzillərin çıxmasına da təsir göstərməyəcək. Bir sözlə desək, az sayda sosial mənzilin istifadəyə verilməsi bazara ciddi təsir etməyəcək”.

XS
SM
MD
LG