Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:24

Köçkünlərin müavinətini kəsdilər


Ümidini dövlətə tikib, amma...
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Ümidini dövlətə tikib, amma...

►Hüquq mühafizə qurumlarında çalışanlardan başqa

Gələn ildən məcburi köçkün uşaqlarına aylıq yemək xərci verilməyəcəyi bildirilir.

Qaçıqn və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi rəhbərliyinin “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimat”a bununla bağlı dəyişiklik etdiyi açıqlanıb.

Qayda 2016-cı ilin dekabrının 31-dən sonra doğulacaq məcburi köçkünlərə aid edilməlidir.

APA-nın xəbərinə görə, müavinət verilməsi dayandırılacaq qrup yalnız uşaqlar deyil.

Buna da bax: Köçkün ailəsi iki gündür küçədə gecələyir

Xəbərdə qeyd edilir ki, məhkəmə orqanlarına hakim təyin edilənlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da yemək xərci kimi aylıq müavinətin verilməsi dayandırılacaq.

Habelə, şərait yaransa da, 3 il müddətində əvvəlki yaşayış yerinə qayıtmayan, eləcə də qayıdan məcburi köçkünlər də bundan məhrum ediləcəklər.

Həmin kateqoriyadan olan şəxslərə münasibətdə qərarın bu gündən (9 avqust) qüvvəyə mindiyi qeyd edilir.

Hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlı müddəalara da dəyişiklik edildiyi bildirilir.

İndiyədək hüquq-mühafizə orqanlarında çalışan məcburi köçkünlərə ərzaq payı əvəzinə pul kompensasiyası ödənilirdi. Onlar yemək xərci kimi aylıq müavinət almırdılar.

Dəyişikliyə görə, bundan sonra zabit olmayan məcburi köçkünlərə ərzaq payı əvəzinə pul kompensasiyası ilə bərabər, yemək xərclərindən ötrü də aylıq müavinət veriləcəyi açıqlanıb.

XS
SM
MD
LG