Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:48

İsrail Kafkanın əlyazmalarını milli irs elan edib


Franz Kafka
Franz Kafka

-

İsrail axır ki, "Kafka" məhkəməsini udub.

İsrail Ali Məhkəməsi Franz Kafkanın əlyazmalarının Milli Kitabxanaya verilməsi ilə bağlı qərar çıxarıb. Bu qərarın uzun məhkəmə çəkişmələrindən sonra verilib.

İsrail Ali Məhkəməsinin qərarına görə Franz Kafkanın əlyazmaları Yerusəlimdəki Milli Kitabxananın mülkiyyətinə keçməlidir. Bu haqda qərar bazar ertəsi günü verilib. İsrail höküməti əlyazmaları İsrailin milli-mədəni irsi kimi tanıyıb.

Kafka Çexiya paytaxtı Praqada doğulub və 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. O ölməzdən öncə əlyazmalarını yaxın dostu Max Broda vermiş və onları yandırmağı istəmişdi.

Franz Kafkanın Çexiyada saxlanan əlyazmalarından biri.
Franz Kafkanın Çexiyada saxlanan əlyazmalarından biri.

Brod əlyazmaları yandırmağa qıymamış və onların çoxunu çap etdirmişdi. 1939-cu ildə əksər yəhudilər kimi Avropanı tərk edib Fələstinə yollanan Max Brod çamadanında Kafkanın əlyazmalarını da aparıb. O 1968-ci ildə Tel-Əvivdə dünyasını dəyişməzdən öncə köməkçisi Esther Hoffe-yə vəsiyyət edib ki, əlyazmaları ya Yerusəlimdəki Yəhudi Univerisitetinə, ya Tel-Əviv bölgə kitabxanasına ya da İraildə yaxud ordan kənarda hansısa bir təşkilata versin. Lakin, Hoffe Kafkanın “Məhkəmə” əsərinin əlyazmasını 2 milyon dollara satır qalanlarını isə qızları Eva Hoffe və Ruth Wiesler-ə vəsiyyət edib 2007-ci ildə dünyasını dəyişir.

Buna da bax: "F. Kafka: Ölümün olduğu yerdə heç nə ciddi deyil"

2009-cu ildə Hoffe ailəsinə qarşı başlayan məhkəmədə İsrail höküməti Max Brodun son istəyini həyata keçirmək üçün çap olunmamış yazılarla bərabər Kafkaya aid olan bütün sənədləri hökümətə təhvil verməyi tələb edib. Hoffe-nin qızları isə bu tələbi rədd edir və Brodun vəsiyyətində Kafkanın əlyazmalarını İsraildə həmçinin ölkədən kənarda olan bir quruma verilməsinin açıqca göstərildiyini deyirlər.

Franz Kafkanın yaxın dostu Max Brod 1960-cı illərdə Tel-Əvivdə.
Franz Kafkanın yaxın dostu Max Brod 1960-cı illərdə Tel-Əvivdə.

Bazar günü keçirilmiş iclasda Ali Məhkəmə Max Brodun vəsiyyətində bir məqama diqqət çəkib: “Max Brod vəsiyyət etdiyi əlyazmaların yaxşı qiymətə satılmasına qarşı çıxır, onların sadəcə ədəbiyyat yaxud mədəniyyət təşkilatlarının birinə verilməsini istəyir”.

Buna da bax: Kafkanın son günləri: "Doktor, mənə ölüm verin..."

İsrail milli kitabxanası məlumat yayıb ki, onlar Kafka və Brod arasındakı yazışmaları, Kafkanın Paris jurnallarını və cürbəcür rəsm əsərlərini alacaqlar. Hoffe və onun qızları Kafkaya aid kolleksiyanın böyük hissəsini İrail və İsveçərədəki banklarda saxlayırlar.

dw.de

XS
SM
MD
LG