Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:47

Yuxuları filmə köçürən rejissor - Michel Gondry


M. Gondry-nin "Yuxu elmi" filimdən bir kadr
M. Gondry-nin "Yuxu elmi" filimdən bir kadr

-

Michel Gondrynin yaradıcılığına münasibət ziddiyyətlidi. Pərəstişkarları onu sürrealist filmlərinə görə sevirlər, digərləri isə onun üslubunu özünəvurğunluq üzərində qurulmuş və boş hesab edirlər. Lakin onun filmləri də, musiqili klipləri də, reklam çarxları da Gondrynin macərasevər, güclü yumor hissinə malik rejissor olduğundan xəbər verir. Onun “Mikrob və Benzin” filmi ənənəvi üslubundan fərqlənir. Bu filmdə də maşınların üzərində qurulmuş evlər, tərsinə

M. Gondry-nin "Mikrob və Benzin" filimdən bir kadr.
M. Gondry-nin "Mikrob və Benzin" filimdən bir kadr.

uçan təyyarələr var, amma “Yuxu elmi” və “Saf şüurun əbədi parlaqlığı” filmlərindən fərqli olaraq, “Mikrob və Benzin” reallığa öz yuxularının rakursundan baxan iki yeniyetmə haqqındadır.

Yuxular kinoda necə göstərilir? Rejissor onların mahiyyətini necə tapır? Və niyə “Mikrob və Benzin” əsl Michel Gondry filmidi?

Buna da bax: "Adını unutduğunuz filmi tapmaq daha çətin olmayacaq"

Öz beyninizə girin və görün, orda nə var

Gondry nadir hallarda bir neçə filmin üzərində eyni vaxtda işləyir. Bütün karyerası boyu belə şey bircə dəfə olub. Gondry “Yuxu elmi”nin ssenarisini yazanda həmkarı Charli Kaufmann “ Saf şüurun əbədi parlaqlığı”nın ssenarisini bitirib. Adətən, rejissor, bir layihə üzərində iş tamam başa çatandan sonra növbəti layihəyə keçir:

“Mən filmi bitirdim və başımda boşluq yarandı. İçimdə nə qaldığını anlamağa çalışırdım. Həmin anda yalnız xatirələr və dostluq vardı. Mən həmişə öz

Michel Gondry 2012-ci ildə.
Michel Gondry 2012-ci ildə.

mühitində ala qarğa olan şagirdlərlə dostluq eləmişəm. Hər il, kollektivin çıxdaş elədiyi sinif yoldaşım mənim ən yaxın dostum olurdu. Niyə sinifdəki ən istedadlı uşaqların yox, çıxdaş olunanların məni cəlb elədiyini anlamaq istəyirdim. Niyəsini demək çətindi, amma elə təsəvvürüm yarandı ki, bu, boş-boşuna deyil”.

Gondryni maraqlandıran əhvalatların çoxu onun təhtəl şüurunun məhsuludu. O, yuxularını yazmağa, bu zaman onların hansının ətrafdakılara maraqlı görünməyəcəyini aydınlaşdırmağa çalışır:

“Yuxunuzu dostunuza danışanda o, darıxa bilər. Siz yuxunu seçirsiniz, onun məzəli ziddiyyətləri haqqında danışırsınız, atmosferi çatdırmaq üçün əhvalatı abstraklaşdırırsınız. Yuxunun sizə konkret duyğularınızı oyadan elementini fərqləndirirsiniz. Mənə elə gəlir ki, David Lynch filmləri buna görə çox qəribədi. O mənim sevimli rejissorlarımdan biridi. O göstərir ki, ən gözlənilməz hallar adi situasiyalardan yarana bilər. Əgər elmi fantastikadan xoşunuz gəlirsə - məsələn, “Vanilli səma” filmindəki kimi - onda siz artıq “şişirdilmiş dünyaya” alışmısınız və filmlərdəki yuxular sizi çaşdırmayacaq”.

Sizə yaxın olan şeylərdən ilham alın

Gondry tez-tez əhvalatlarını öz yuxularından götürür “Günlərin köpüyü” filminin çəkilişlərindən sonra o, gənclik xatirələrini xatırladan yuxular görməyə başlayıb. “Mikrob və Benzin” filmi də həmin yuxular əsasında çəkilib:

“Filmin ilk üçdə biri – Teo ilə Daniel maşını yığıb gedənə qədər – öz başıma gələnlərin dəqiq təkrarıydı. Əhvalatın əvvəlini yazanda onun necə bitəcəyini

Michel Gondry-nin "Mikrob və benzin" filmin afişası.
Michel Gondry-nin "Mikrob və benzin" filmin afişası.

bilmirdim. Sonra həmin dövrdə baş verənləri analiz elədim və yuxular görməyə, onları yazmağa başladım. Filmdə səfərin qalan hissəsi onlardan ibarətdi. Bir az abstrakt alınıb, amma yuxularıma çox yaxındı”.

“Mikrob və Benzin filminin personajlarından biri – Daniel, Gondrynin gənclik dövrünə çox oxşayır. Teo isə rejissorun yeniyetməliyində tanıdığı bir neçə insandan yığılmış personajdı. Gondry həmin insanları “qəribə” sözü ilə xarakterizə eləyir:

“Mən personajların yuxulardan nələrsə qurduqları real bir film çəkmək istəyirdim. İstəyirdm ki, “Günlərin köpüyü” filmindən sonra bir az yerə enim, çünki o filmdə boğulmuşdum”.

Buna da bax: "Kinonun sərtlik simvolu Gabin və onun sevgisi Marlene Dietrich"

Buna görə o öz keçmişinə qayıdır. Audrey Tautounun qəhrəmanı rejissorun anasının prototipidi. Gondrynin sözlərinə görə, o, bir çox qorxularını oğluna ötürmüş depressiv qadındı. Nənə ilə babanın evə qayıtmağı isə əhvalatı daha da dolaşdırıb. Onların rejissorun həyatında əhəmiyyətli yeri olub:

“Filmdəki ev- nənəmlə babamın əsl evidi, özləri tikiblər və heç vaxt dəyişməyib. Bir vaxtlar hər gün getdiyim evdə film çəkmək mənim üçün həqiqətən çətin idi. O, səhnələrə baxanda həm gəncliyimdən ötrü, həm də çəkilişlərdən ötrü nostalgiya hiss eləyirəm. Artıq nostalgiyanın iki qatı var”.

Filmdə dünyanın necə yarandığını göstərin

Kompyuter qrafikası və hipervizualizasiya dövründə, xüsusi effektlərin təsvirin ayrılmaz hissəsinə çevrildiyi zamanda Gondry məsləhət görür ki, tamaşaçılara həmin effektlərin necə yarandığı göstərilsin. “Mikrob və Benzin”də o, effektlərə əvvəlkindən fərqli yanaşıb:

“Mikrob və Benzin”lə “Yuxu elmi”nin çəkilişləri arasında fərq var. “Yuxu elmi” filmində dünya əllə düzəldilmiş əşyaların köməyi ilə qurulmuşdu, “Mikrob”da süni yaradılmış əşyalar yoxdu, bütün obyektləri personajlar qururlar. Mənim rekvizitorun əməyini göstərən filmlərdən xoşum gəlir. Onlarda predmetlərin necə yaradıldığını aydın görə bilərsiniz. Bunun necə edildiyini anlayıram. Mənim filmimdəkindən daha yaxşı olduğunu da. Ona görə də yaradıcı inkişaf üçün stimul yaranır. Mən özüm baxmaq istəyəcəyim filmlər çəkirəm”.

Buna da bax: "Stanley Kubrickin sevdiyi filmlər"

Həddindən artıq xırdaçı olmayın – qoy, film sizi təəccübləndirsin

Gondry “Gilette” kimi kompaniyaların reklam çarxları üzərində gedən işi öz filmləri ilə müqayisə edir. Burda əsas fərqlərdən biri filmin təbii olmasıdı:

“On adam sənə neyləməli olduğunu deyəndə gördüyün işə hansısa anlam qazandırmaq çox çətindi. Sən filmi necə çəkəcəyini, aktyorlarla necə işləyəcəyini və s. fikirləşirsən. Reklam çarxlarına başqa rakursdan baxmaq (ardı aşağıda)

Michel Gondry-nin çəkdiyi reklam çarxlarından biri.

lazımdı. Detallara həddindən çox diqqət yetirəndə film təkrar emal məhsulu kimi görünə bilər. Real həyatda döşəməyə paket, ya da başqa şey düşə bilər. Reklam çarxlarında isə hər şey steril olmalıdı. O qədər ki, əşyalar heç nə danışmır”.

Gondrynin spontanlığı xüsusi effektlərlə işə də təsir eləyir. O, “Yuxu elmi” filmində personajların plastilin fiqurlarla ünsiyyətdə olduğu səhnəni təsvir eləyir:

“Biz, realist səhnələr çəkdik, sonra isə meydançanın proporsiyalarını dəyişdik. Bəzi əşyalar böyük oldu, bəziləri balaca. Yerdə qalan səhnələr bu təhrif olunmuş məkanda çəkdik. Plastilin animasiyanı ekrana proyeksiya etdik, aktyorlar isə onun qarşısında oynadılar. Mən bu üsulu xromokeydən daha çox xoşlayıram, çünki aktyor effektlə qarşılıqlı münasibətdə ola bilir. Onlar ümumi məkanın bir hissəsi olurlar. Biz hər şeyi, adətən, kinoda olduğu kimi eləmədik – xüsusi effektlər çəkilişlər başlamamış hazır idi”.

Hərdən aktyorlar bəzi şeylərə yeni gözlə baxmağınıza kömək edirlər

Adətən, Gondry aktyorlarla məşqə cəmi bir həftə ayırır. Bu vaxt ona kifayət edir. Əks halda kamera işləməyə başlayanda onu heç nə təəccübləndirməz.

“Mən səhnələrə ilişib qalmaq istəmirəm. Əgər ora yeni nəsə tapmaq

Michel Gondry-nin yuxulardan başqa bir sürrealist filmi "Günlərin köpüyü"ndən bir kadr.
Michel Gondry-nin yuxulardan başqa bir sürrealist filmi "Günlərin köpüyü"ndən bir kadr.

mümkündüsə, bunu kamera işləyəndə eləmək daha yaxşıdı. Hər rejissorun öz yanaşması var. Bəziləri məşq eləməyi sevirlər, bəziləri isə hər dublun fərqli olmağını. Mənim bir həftədən çox məşq eləmək imkanım olmayıb”.

Gondry aktyorlardan ideya oğurlamağı məsləhət görür, hətta rola təsdiqlənməyənlərdən də.

““Saf şüurda..” texnika laboratoriyasının rolunun müzakirəsi zamanı Mark Ruffalo dedi ki, onun personajının ekstravaqant saç düzümü olmalıdı və o, “The Clash” dinləməlidi. Bu, çox gözəl təklif idi, personajı zənginləşdirirdi. Ruffalo dialoqları oxumamışdı, amma mən düşündüm ki, söhbətimiz kifayətdi və hər şey alınacaq”.

Şüurlu yuxuların gətirdiyi qorxudan zövq alın

“Mikrob və Benzin”də əsas səhnələrdən biri Gondrynin yuxusu əsasında çəkilib. Yuxuda rejissor təyyarə sürür, təyyarə isə ağaclardan bir az aşağıda tərsinəuçur. Gondry yuxuda özünə çətin tapşırıqlar verməyi, narahat vəziyyətləri təcrübədən keçirməyi təklif edir:

“Mən o təyyarəni izah edə bilmirəm, amma çox canlı obrazdı. Onun ağaclardan hündürə qalxa bilməməsi güclü təəssürat yaradır. Mən rejissor olanda yuxuları çəkməməyə, daha qorxunc şeylərə qapı açmağa, qorxudan zövq almağa çalışırdım. Bu işin sirri ondadı ki, şüurlu yuxulardan zövq alasan və oyanmazdan əvvəl yuxuda eksperimentlər eləməyi öyrənəsən. Adətən, adam yatdığını başa düşən kimi oyanır. Bunu belə interpretasiya eləmək olar: siz uça, ya da yerə enə bilərsiniz”.

Əhvalatı sərbəsr buraxın, komandaya sizinlə birlikdə xəyala dalmağa icazə verin

“Mikrob və Benzin”, Gondrynin operator Loren Brunetlə əməkdaşlıq elədiyi ilk filmdi, baxmayaraq ki, rejissorluq karyerası boyu çəkiliş qrupunun daimi üzvlərini tapıb. Gondry rejissorları öz komandalarına - istər köhnə, istər təzə - güvənməyə çağırır.

“Mən ildə bir film çəkirəm, operatorum –altı. Odur ki, ondan bu filmi çəkməyini istəyəndə vaxtı olmadı. Buna görə də əvvəllər işləmədiyim operatoru dəvət eləməli oldum. Lorenlə söhbət elədim və o, əhvalatı çox yaxşı başa düşdü, lap aktyor kimi. Artıq mən onunla işləməyə üstünlük verirəm. Öz quruluşçu rəssamımla uzun illər bir çox layihədə işləmişəm, lakin hərdən yeni şeylər kəşf eləməkdə fayda var”.

Hətta layihə sizin çılğın fantaziyanızın məhsulu olsa belə, hərdən kənara çəkilib komandaya azadlıq vermək pis deyil.

“Mən layihəni sərbəst buraxmağı, mikromenecmentlə məşğul olmamağı öyrənmişəm. Əhvalata münasibətdə çəkiliş heyəti ilə birlikdə eyni dalğaya quruluruq, bir-birimizlə dürüst olmağa çalışırıq. Əgər texniki planda heç bir ideyam yoxdusa, sadəcə imkan verirəm, komanda işləsin”.

XS
SM
MD
LG