Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Benzin bahalana bilər, çünki...


Arxiv fotosu
Arxiv fotosu

Nazirlər Kabineti avqustun 16-da Azərbaycana gətirilən benzinə aksiz vergisi və gömrük rüsumunun müvəqqəti olaraq, ciddi dərəcədə endirib. Qərarla bir ton mühərrik benzininə aksiz vergisi 200 manatdan 1 manata endirilib. 92 markalı benzinə gömrük rüsumu da 15 faizdən 0 faizə endirilib.

"Turan" informasiya agentliyinin Nazirlər Kabinetinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, aksiz vergisi və rüsumların endirilməsi təyyarə yanacağına şamil edilmir.

Hər iki qərarın cəmi 60 gün qüvvədə olacağı açıqlanıb. Bu qəararların SOCAR, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin təklifi əsasında qəbul edildiyi bildirilir.

Azərbaycan avtomobil benzininin bəzi növlərini qazaxıstandan alır.

Bir sıra ekspertlərin fikrincə, Nazirlər Kabinetinin qərarı Heydər Əliyev adına neft emalı zavodunun müasirləşdirilməsi ilə bağlıdır.

Verilən məlumatlara görə, zavodun fəaliyyəti bir müddət dayandırılacaq. Nəticədə, bu müddət ərzində benzin idxalına ehtiyac olacaq. Qiymət artımına yol verməməkdən ötrü bu qərarların verildiyi bildirilir.

XS
SM
MD
LG