Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:10

Hacı Şahin burkini haqda: 'Qadının bədən cizgiləri...'


Şahin Həsənli
Şahin Həsənli

►“Qadının bədən cizgiləri dənizdə də görünməməlidir”

70 yaşlı açıq “bikini” və gənc qapalı “burkini” dövrü

Düz 70 il öncə qadınlar üçün çimərlik geyimi – bikini meydana çıxdı. Bikini bütöv çimərlik geyimlərindən fərqliydi, iki ayrı – alt və yuxarı hissələrdən ibarət idi.

1946-cı ildə Parisdə fransız modelyer Lous Reard bikinini yaradanda bu geyim ilk dövrlər elə də sürətlə yayılmadı. Əksinə, bir çox ölkələrdə ona qadağalar da qoyuldu. Ancaq zaman keçdikcə, bikini çimərliyin əsas atributlarından sayılmağa başladı.

“İslamın geyimi var”

Amma artıq bir neçə ildir ki, müsəlman ölkələrinin çoxunda qadınlar “burkini” deyilən qapalı çimərlik paltarlarından istifadə edir. “Burka” və “bikini” sözlərinin birləşməsindən yaranan burkini Azərbaycanda geniş yayılmayıb.

Buna da bax: Fransa naziri burkini qadağası barədə

Bakı çimərliklərində paltarda, ya da nazik qapalı geyimdə qadınlar gözə dəysə də, burkini geyinənlərə rast gəlinmir.

Qeyd edək ki, müsəlmanların çoxu bu geyimi islami çimərlik geyimi kimi qəbul edir, amma qatı dindarlar burkinini suya girəndə əzalara yapışdığından rədd edir.

Elə Təzəpir məscidinin axundu Hacı Faiz Nağızadə də deyir ki, İslam dininə görə, dənizdə olsa belə, qadının bədəni görünməməlidir:

Hacı Faiz: Qadın çimərlikdə də adi həyatdakı kimi geyinməlidir
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00
Direct-ə keçid

“İslamın geyimi var. Qadın gərək dənizdə də o geyimdə olsun”.

“Bədən cizgiləri görünməməlidir”

Axund burkini haqda məlumatsız olduğunu söyləyir, amma əlavə edir ki, geyimin bədənə yapışması İslam dinində qəbul olunmur:

Buna da bax: İşadamı burkini geyinənlərin cərimələrini ödəyir

“Bədən cizgiləri görünməməlidir. İstehsal olunmaqla deyil ki. Müsəlman xanımın üzü və biləyindən başqa bütün bədəni bağlı olmalıdır”.

İlahiyyatçı Şahin Həsənli də deyir ki, müsəlman qadınlar çimərliklərdə də qapalı geyimdə olmalı, bədən cizgiləri bilinməməlidir:

Hacı Şahin: Dar paltar olmaz
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00
Direct-ə keçid

“İslam dinində əsas şərt qadınları üzü ilə əlindən başqa bədəninin qalan hissələrinin örtülməsidir. İslam qaydalarına əsasən, dənizdə də olsa, qadın o şəkildə geyinməlidir. Geyim çox dardırsa, bədən üzvləri qabarıq hiss olunursa, bu, dini nöqteyi nəzərdən düz deyil”.

Qafqaz Müsəlmanları İdarəsindən burkiniyə münasibət almaq mümkün olmayıb. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirdi ki, bu barədə yalnız gələn həftə danışa bilərlər.

Buna da bax: "İntəhası, nacins kişilər gəlir dəə"- Lənkərandakı qadın çimərliyindən reportaj

"İntəhası, nacins kişilər gəlir dəə"- Lənkərandakı qadın çimərliyindən reportaj
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

“Qadınlar kişilərin yanında çimmir”

Aydın Xan
Aydın Xan

Kulturoloq Aydınxan Əbilov yada salır ki, Azərbaycanda çimərlik paltarları ötən əsrin 60-cı illərində dəb halını almağa başlayıb. Bu da Bakının beynəlxalq şəhər olmasından irəli gəlirdi. Amma kulturoloq çimərlik geyimlərinin daha çox Qərblə, Avropayla bağlı olduğunu, Şərq insanlarının bunu qəbul etmədiyini vurğulayır:

Aydın Xan burkini haqda
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

“Xüsusən də Şərqin müsəlman tərəfi. Tarixən islam şəriəti ilə yaşayıb öz həyatında bunları tətbiq edən və şəriətin qadağalarını öz həyatında yaşadan insanlar nəinki çimərlik paltarı geyinir, gündəlik geyimlərində belə yalnız sifət görünür, bədənlərinin digər hissələri örtülür. İslami düşüncə həm qadınların, həm də kişilərin çimərlik paltarı geyinməsini qəbul etmir.”.

Buna da bax: Polis müsəlman qadını üst geyimini çıxarmağa məcbur edib

Kulturoloq onu da vurğulayır ki, son vaxtlar dini dəyərlərə xüsusi önəm verildiyindən ölkənin bəzi bölgələrində qadınlar kişilərin yanında çimmir, müasir çimərlik paltarlarından istifadə etmir.

Qeyd edək ki, burkiniylə bağlı son qadağalar bu geyimi bir daha diqqət mərkəzinə gətirib. Bəzi şəhərlərdə, məsələn, Fransanın Kann şəhərində bu geyimdə görünənlər cərimə ödəməli olurlar. Rəsmilər oxşar qadağaları təhlükəsizlik məsələləri ilə izah etsələr də, müsəlman qurumları, insan haqları kampaniyaçıları burkini qadağasını insan haqları pozuntusu sayır, müsəlmanlara ayrıseçkilik kimi dəyərləndirir.

Qadın çimərliyi açıldı - [video]

Qadın çimərliyi açıldı - [video]
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

XS
SM
MD
LG