Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:41

Reuters: Azərbaycanda qara bazarda 1 dollar 2 manata satılır


Reuters agentliyi xəbər verir ki, Azərbaycan bankları xarici valyuta satışını kəskin məhdudlaşdırıb, dollara tələbat isə kəskin artmaqda davam edir.

Xəbər verilir ki, növbəti kəskin devalvasiyadan çəkinən bizneslər və müştərilər kütləvi şəkildə manatdan xilas olmağa çalışırlar.

Bazar ertəsi manatın rəsmi məzənnəsi 1, 6363-a düşüb. Bu ötən martın ortalarından bəri ən aşağı məzənnədir.

Reuters agentliyinin müxbirləri bildirirlər ki, qara bazarda bir dollar iki manata satılır.

Reuters müxbirlərinin baş çəkdikləri 6 bankdan 3-də xarici valyutanın satışı tamamilə dayandırlmışdı, digər banklarda isə rəsmi limitin 500 dollar olmasına baxmayaraq bir ələ yalnız 100 dollar verilirdi.

Akif Şükürov adlı Bakı biznesmeni Reuters-ə bildirib ki, on ildir çilçıraq satmaqla məşğulıdur, amma indi dollar olmadığından təchizatçıların pulunu ödəyə bilmir.

Reuters yazır ki, Azərbacanın Mərkəzi bankı keçən il baş vermi. iki kəskin devalvasiyadan sonra milli valyutaya etimadı möhkəmləndirməyə çalışır.

Mərkəzi Bank şərh verməyib

Azərbaycan büdcəsi gəlirlərinin dörddə üçünü enerji ixracatının gəlirləri təşkil edir və neft qiymətlərinin son vaxtlarda kəskin düşməsi manat üzərinə təzyiqi xeyli artırıb.

Avqustun sonlarında Azərbaycan MB bildirmişdi ki, dollara yüksək tələbat mövsümi xarakter daşıyır. Bank həmçinin bildirmişdi ki, biznesləri və bankları dəstəkləməkdə davam edəcək.

MB habelə elan etmişdi ki, Dövlət Neft Fondundan auksionlar vasitəsilə xarici valyuta satışı davam etdiriləcək.

Lakin Reuters bildirir ki, auksionlar həftədə cəmi iki dəfə keçirilir və 50 milyon dollarlıq limitə malikdir. Halbuki MB-nin öz rəqəmlərinə görə xarici valyutaya tələbat 10 dəfə artıqdır.

Reuters bildirir ki, MB-dənbu xəbərlə əlaqədar şərh ala bilməyib.

XS
SM
MD
LG