Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Üç tanınmış şirkət birləşməkdən imtina etdi


Synergy Group
Synergy Group

Şəmkir və Nabrandakı şirkətlərin «ulduzları barışmadı»

Bu ilin iyununda «Synergy Group» MMC-nin iki törəmə şirkətinin Şəmkirdə bir neçə iaşə və istirahət obyektini birləşdirən «Alterf» MMC ilə «izdivacı» açıqlanmışdı. Sentyabrın 15-də «Shamkir City Hotel & SPA» və «Xəzər-Turizm» şirkətləri bəyan ediblər ki, «Alterf» MMC-yə qoşulmaqdan imtina edirlər və ilk iki şirkətin ləğvi dayandırılır. Qərarın səbəbləri açıqlanmır.

Buna da bax:​ İki holdinq arasında birləşmə söhbəti

Birləşmənin baş tutmaması ilə əlaqədar «Alterf» MMC nizamnamə kapitalının 475 min 271 manatdan 354 min 244 manata endirildiyini bildirib.

Şirkətlər iş adamı Əşrəf Kamilovla bağlıdır

İyun ayında «Alterf» MMC-yə qoşulmaq qərarı verən şirkətlər arasında «Capital Partners» MMC («Capital Estate» MMC-nin törəmə şirkətidir) də vardı. Görünür, «Alterf» bu şirkəti udmaqda israrlıdır.

AzadlıqRadiosu-nun iyunda diqqətə yetirdiyi jurnalist araşdırmasında qeyd olunurdu ki, sözügedən şirkətlər bu və ya digər şəkildə iş adamı Əşrəf Kamilovla bağlıdır.

Buna da bax:​ «Synergy Group» MMC-yə vergidən gələn var...

«Shamkir City Hotel & SPA» MMC «Excelsior Hotel Shamkir» mehmanxanasına, «Xəzər-Turizm» MMC isə Nabrandakı «Caspian Sea Resort» istirahət mərkəzinə sahiblik edir.

«Alterf» MMC-nin «Shamkir Capital Group» MMC-yə daxil olduğu bildirilir.

XS
SM
MD
LG