Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

'Təkadamlıq kameraya salıb səhərəcən döydülər' [yenilənib]


Bəxtiyar İsmayılov
Bəxtiyar İsmayılov

Bərdə rayon Məhkəməsi Bəxtiyar İsmayılova 10 sutka cəza kəsib. O, sərxoş vəziyyətdə ictimai asayişi pozmaqda təqsirləndirilib. Hakim hökmü elan edəndən sonra Bəxtiyar İsmayılov yenidən Bərdə rayon Polis Şöbəsinə qaytarılıb ki, cəzasını şöbənin təcridxanasında çəksin. Bərdə sakini, Bəxtiyar İsmayılovun qonşusu olan Ziya Abbasov AzadlıqRadiosu-na bildirib ki, Bəxtiyarın döyülməsi ilə bağlı fotoları və faktları məhkəməyə təqdim ediblər:

«Hakim dedi ki, bura gətirilibsə, mütləq 5-10 sutka kəsilməlidir", deyib Bəxtiyara 10 sutka verdi», - Ziya Abbasov bildirib.

«Məni təkadamlıq kameraya saldılar. Tələb etdilər ki, ünvanıma dedikləri söyüşləri təkrarlayım. Mənsə, əksinə, hər onlar söydükcə, söyüşlərini özlərinə qaytarırdım. Səhərə qədər kamerada məni top kimi oynatdılar».

Bərdə sakini, 28 yaşlı Bəxtiyar İsmayılov AzadlıqRadiosuna sentyabrın 16-dan 17-nə keçən gecə Bərdə polis şöbəsində işgəncəyə məruz qaldığını iddia edir.

«ÜZRXAHLIQ ELƏDİM, ƏL ÇƏKMƏDİLƏR»

Bundan əvvəl rayonun digər sakinləri Ziya Abbasovla Elşən Əzimov da «Qaynar xətt»ə sentyabrın 11-də eyni şöbədə işgəncəyə məruz qalmalarından şikayətlənmişdilər.

Bərdədəki «Mətin» şadlıq evində iştirak etdiyi toy məclisində «boğazını yaşlamaq» Bəxtiyar İsmayılova baha oturub. Başına gələnlərdən söz açır: «Saat 9 olardı, şadlıq evindən çıxdım, bir az içkili olduğumdan öz maşınıma minmədim. Qarşı yola keçib taksi gözlədim. Hava qaranlıq və yağışlı idi deyə, aralıdan gələn maşının post-patrul maşını olduğunu bilmədim, əl edib saxlatdırdım. Görəndə ki, içərisində polislər var, üzrxahlıq elədim. Onlarsa əl çəkmədilər».

Xəsarət izləri
Xəsarət izləri

«DÖYƏ-DÖYƏ MAŞINA OTURDULAR»

Polis işçiləri Bəxtiyardan nəyə görə əl edib maşını saxlamasını soruşanda, o, taksi ilə səhv saldığını deyib. Ancaq deməyinə peşman olub. Əvvəl yoluna davam edən avtomobil bir az aralıda saxlayaraq geri dönüb: «Dedilər, «sən belə qudurmusan, polis maşınını taksiylə səhv salırsan? Gəl otur maşına». Mən etiraz edəndə, döyə-döyə, başımdan basıb zorla maşına oturtdular və Bərdə polis şöbəsinə gətirdilər».

Buna da bax-'Bizi döyə-döyə polisə apardılar'

Deməsinə görə, şöbədə onu təkadamlıq kameraya salıblar. Təhqir ediblər və döyüblər: «Məni məcbur edirdilər ki, öz ünvanıma dedikləri ən ağır söyüşləri təkrarlayım. Mənsə dediklərini özlərinə qaytarırdım. Ona görə də döyür, huşumu itirəndə üstümə su töküb ayıldır, təzədən döyürdülər. Mən rəislə görüşməyi, təcili yardım çağırılmasını tələb etdikcə daha da möhkəm döyürdülər. Səhərə yaxın bir neçə dəfə qusdum. Ağrıdan başımı bədənimin üstündə hiss etmirdim».

ŞİKAYƏT ETSƏ...

Bəxtiyar İsmayılovu şöbədən ertəsi gün – sentyabrın 17-də günorta saat 1-də buraxıblar. Tapşırıblar ki, bazar ertəsi – sentyabrın 19-da Bərdə məhkəməsində olsun, içkili vəziyyətdə polisə müqavimət göstərdiyi və təhqir etdiyindən barəsində inzibati cəza qərarı çıxarılacaq. Möhkəm-möhkəm tapşırıblar ki, baş verənlərdən harasa şikayət etsə, aqibəti daha acı olacaq.

Bəxtiyar İsmayılov bütün bunlar barədə DİN 102 xidmətinə məlumat verib, üstəlik, daxili işlər naziri Ramil Usubova elektron şikayət məktubu göndərib.

Sentyabrın 19-da isə xəstəxanaya, xəsarətlərini qeydə aldırmağa gedib.

Bərdə rayon Polis Şöbəsindən deyilənləri təkzib ediblər. Bildiriblər ki, Bəxtiyar İsmayılov içkili vəziyyətdə asayişi pozduğundan şöbəyə aparılıb, ona xəbərdarlıq olunub və sərbəst buraxılıb.

XS
SM
MD
LG