Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:43

'Petkim'də növbəti əməliyyat


«Petkim»in əsas səhmdarı SOCAR-dır.
«Petkim»in əsas səhmdarı SOCAR-dır.

Türkiyədə iyulun 15-də baş verən çevriliş cəhdi ilə bağlı qaldırılan cinayət işi çərçivəsində «Petkim»də növbəti əməliyyat başlayıb. Türkiyədə bu cinayət işi FETÖ (FETÖ-Fethullahçı Terror Örgütü. Bu ifadəni Türkiyə rəsmiləri və yandaş medianın təmsilçiləri işlədir) ilə mübarizə kimi təqdim edilir. Türkiyə mediasının verdiyi məlumata görə, İzmir şəhərində şirkətə aid 4 ayrı ünvanda bu istintaq çərçivəsində əməliyyat təşkil edilib. Hazırda əməliyyatlar davam edir.

«Petkim»ə aid olan qurumlarda daha əvvəl də 2 dəfə axtarış aparılmışdı. Haqqında saxlanma qərarı verilən 31 nəfərdən 25-i həbs edilmişdi. Aralarında köhnə «Petkim» baş direktoru Sadettin Qorqud və yüksəkvəzifəlilərin də olduğu 13 şəxsi məhkəmə «silahlı terror təşkilatına üzvü olmaq»da şübhəli bilərək həbs edib. 12 şübhəli isə nəzarət şərti ilə sərbəst buraxılıb.

«Petkim»in əsas səhmdarı SOCAR-dır. «Petkim» Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.

Hazırda «Petkim»in nəzdində bir sıra neft-kimya məhsulları istehsal edən zavodlar fəaliyyət göstərir.

Azərbaycanın özündə isə Fethullah Gülen-lə əlaqə adı altında müxalifətçilər istintaqa cəlb edilirlər.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen isə çevriliş cəhdini himayə etməsi ilə bağlı iddiaları rədd edir.

XS
SM
MD
LG