Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:37

Ermənistan “İskander” raketindən Azərbaycana qarşı istifadə edəcək ?


"Iskander M" Yerevan
"Iskander M" Yerevan

Ermənistan Rusiyadan aldığı “İskander” raketlərindən Azərbaycanı dayandırmaq üçün istifadə edəcək.

Bunu Rusiyanın “Vedomosti” qəzeti yazır.

Qeyd edək ki, bu raketlər Ermənistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə hərbi parada hazırlıq zamanı nümayiş etdirilib.

Rəsmi mənbələr bu barədə açıqlama verməsələr də “Rosoboroneksport” un iki menenceri qəzetə müsahibələrində Ermənistan ordusuna bu cür raketlər verilməsini təsdiqləyib, amma “Rosoboroneksport” un bununla heç bir bağlılığı olmadığını deyiblər.

Onlar bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində iki ölkə arasındakı razılaşma əsasında edildiyini, amma burda Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq kreditdən istifadə edilmədiyini qeyd ediblər.

Qəzet yazır ki, 1990-2000-ci illərdə yaradılan bu uzaqmənzilli sistemi, indiyədək heç bir ölkəyə satmaq mümkün olmayıb.

2005-ci ildə Suriyaya “İskander” kompleksləri verilməsi barədə müqavilə imzalansa da bu, İsrailin xahişi ilə yerinə yetirilməyib.

Ehtiyatda olan polkovnik Viktor Muraxovsky qəzetə bildirib ki, minimal mümkün satış 4 buraxıcı qurğuyla 1 divizion olur. Hər qurğuda isə 2 raket olur:

“Ermənistana bu sayda raket verilməsini güman eləmək olar. Bu raketlər qəlpəli-fuqaslı, həmçinin özü nişan ala bilən kasset hissələrlə təhciz oluna bilər. Bu raketlər komandanlıq mərkəzləri, qərərgahlar və reaktiv artileriya mövqelərinin vurulmasında effektli vasitə hesab olunur”, deyə ekspert bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrindən birinin müdafiə nazirliyinə yaxın mənbənin sözlərinə görə, Rusiya, Ukrayna və İsrailin Azərbaycana uzaqmənzilli reaktiv sistemlər verməsi Ermənistanda narahatlıq doğurdu ki, bundan yaşayış məntəqələrinin vurulmasında istifadə ediləcək, Azərbaycanın müdafiə naziri Zakir Həsənovsa apreldə Xankəndini dağıdıcı zərbəylə hədələdi.

“Vedomosti” nin müsahibi hesab edir ki, “İskander” kompleksi Azərbaycanın bu planının reallaşmasında ciddi dayandırıcı vasitə ola bilər.

XS
SM
MD
LG