Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Deputat Venesiya Komissiyasının rəyindən narazıdır


Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

«Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsi təəssüf doğurur».

«Report»un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Konstitusiya Məhkəməsinə Referendum Aktı layihəsini prezident İlham Əliyev təqdim edib: «Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən təşəbbüs qrupları bu ideyanı dəstəkləyiblər. Ümumilikdə, xalq da ana qanunumuz olan Konstitusiyada dəyişikliklər edilməsini dəstəkləyir».

Buna da bax-Hikmət Hacızadə: 'Prezidentimiz Avropaya inteqrasiya haqda düşünmür'

Deputat qeyd edib ki, Venesiya Komissiyasının mövqeyi Azərbaycan üçün diktə deyil: «Bu, imperativ norma ola bilməz. Ona görə də biz xalqın istəyi ilə olan referendumu keçirəcəyik. Azərbaycan belə şeylərə əhəmiyyət verməməlidir. Prezident İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə Avropa Parlamenti ilə bağlı dediklərini Venesiya Komissiyasına da aid etmək olar».

Venesiya Komissiyası sentyabrın 21-də açıqladığı ilkin rəyində Konstitusiya təklif olunan dəyişiklikləri tənqid edib. «Təklif edilən dəyişikliklər prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər», - qurum bildirir.

Komissiya yekun rəyini Avropa Şurasının oktyabrın 14-ü və 15-də keçiriləcək plenar iclasında açıqlamalıdır.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib.

Azərbaycanın özü isə bunu Venesiya Komissiyasından istəməmişdi.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG