Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:32

'Prezident referendumqabağı gediş edir' - Ekspert


Toğrul Cuvarlı
Toğrul Cuvarlı

«Məncə, prezident referendumqabağı təzyiqlərin artmasını istəmir, ona görə də Avropa İttifaqından gələn nümayəndə heyəti ilə bu şəkildə danışıb».

Siyasi şərhçi Toğrul Cuvarlı prezident İlham Əliyevin sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən belə deyir. Prezident Avropa Parlamentinin ötən il qəbul etdiyi qətnamənin münasibətlərdə ciddi geriləmə yaratdığını vurğulayıb. Dövlət başçısı insan haqları sahəsindəki tənqidləri qəbul etməyib.

Buna da bax-İlham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı

Toğrul Cuvarlı bildirir:

- O nümayəndə heyəti referendumqabağı gəlib. Ola bilməz ki, bu mövzuda söhbət aparmasınlar. Aydındır ki, referendum ətrafında müzakirə gedib. Belə vəziyyətdə əks addım atmalısan. Bizdə də referendum məsələsi ilə bağlı durum o qədər yaxşı deyil. Nə əhali referenduma çıxarılan məsələlərin məğziylə tanış oldu, nə də diskussiyalar aparıldı. İnanmıram ki, yerdə qalan 5 gündə televiziyada diskussiyalar aparıla. Nə deyim, «Xırs quldurbasan» deyim, nə deyim. Başa düşürsən ki, referenduma görə təzyiq artacaq və sən də buna görə əks hücuma keçirsən.

Toğrul Cuvarlı: 'Başa düşürsən ki, referenduma görə təzyiq artacaq və sən də buna görə əks hücuma keçirsən'
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00
Direct-ə keçid

- Yəni İlham Əliyev Qərbdən gələn təzyiqləri önləmək, neytrallaşdırmaqdan ötrü bu cür danışır?

- Bəli.

- Ümumiyyətlə, Qərbin referendumla bağlı reaksiyasını necə dəyərləndirirsiz? Sanki elə də ciddi reaksiya gəlmədi, baxmayaraq ki, söhbət Konstitusiyaya ciddi dəyişikliklərdən gedir.

- Referendumdan sonra bütün məsuliyyət prezidentin boynuna düşəcək, hakimiyyətin digər qolları bir az zəifləyəcək. Mərkəzi idarəetmə möhkəmlənəcək. Keçid dövründə bu cür idarəetmə bəzən effekt verir, bəzən də vermir. Qərbin belə reaksiyasını bununla izah edirəm. Buna görə də hadisələrə uzaqdan baxırlar.

- Yəni onlar da böhrandan çıxış axtaran ölkədə hakimiyyətin bir əldə cəmlənməsinə pis baxmırlar, bunun effekt verəcəyini düşünürlər?

- İndiki böhran dövründə, bəlkə də, bu vacibdir. Hər halda, mərkəzi hakimiyyətin məsuliyyəti artır. Artıq başqa qüvvələrə, başqa qollara istinad etmək çətin olacaq, hər şeyə məsuliyyəti bir adam daşıyacaq, islahatlara da, hər şeyə də.

- Toğrul bəy, zatən elə deyilmi? Milli Məclisə qanunlar belə, əksər hallarda Prezident Administrasiyasından gedir.

- Yox, bir az vəziyyət fərqlidir. Axı, biz bilmirik içəridə nə baş verir, hansı müqavimətlər var, kim kimlə əlaqəlidir. Əslində, biz bunu bilmirik, etiraf etmək lazımdır. Mən də o fikirdəydim ki, prezidentin islahat keçirməyə yetərincə səlahiyyəti var. Amma razıyam ki, ola bilsin, böhran dövründə daha artıq səlahiyyətlər lazımdır. Düzü, bu, mübahisəli məsələdir. Mən də qəti nəsə deyə bilmirəm. Sadəcə, bu da bir versiyadır.

- Prezident ATƏT-in Bakıdakı keçmiş ofisi haqda da sərt danışdı və onun yenidən fəaliyyət göstərə bilməsi üçün şərtlərini açıqladı. Belə başa düşmək olarmı ki, ATƏT-in bir daha Azərbaycanda ofisi olmayacaq?

- Bunu referendumqabağı gediş kimi qəbul edirəm. Adi dildə bu o deməkdir ki, «bizim işlərimizə qarışmayın».

XS
SM
MD
LG