Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:40

Prezident Milli Strategiya ilə bağlı sərəncam verdi


Bakıda köçəri quşlar
Bakıda köçəri quşlar

Prezident İlham Əliyev sentyabrın 3-də “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Buna da bax:​ Sürüşmə zonaları aktivləşir

Milli Strategiyanın əsas məqsədi genetik ehtiyatlardan səmərəli istifadə, bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Bundan başqa, yoxsulluğun aradan qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi, “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsi, ekoloji təhsilin stimullaşdırılması, endemik flora və yerli fauna növlərinin bərpası bura aid edilir.

Habelə, bu Milli Strategiyaya görə, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyə təzyiqlərin azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir.

Bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində ictimaiyyətin iştirakının artırılması da Milli Strategiyanın prioritetləri sırasına daxildir.

XS
SM
MD
LG