Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Azərbaycanlı deputat: 'Biz ermənilərə fərq qoymalıyıq...'


"Şəhidlər Xiyabanında baş əyməyə hazır olan erməni Bakıya buraxılmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

"Şəhidlər Xiyabanında baş əyməyə hazır olan erməni Bakıya buraxılmalıdır"

“Biz bizə qarşı döyüşən və ya döyüşmüş ermənilərlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ermənilər arasında fərq qoymalıyıq”.

Bunu oktyabrın 28-i parlamentin plenar iclasında deputat Zahid Oruc bildirib.

Bu yaxınlarda İsveç vətəndaşlığı olan erməni Vahe Avetianın Bakıya buraxılmamasını nümunə göstərən Oruc qeyd edib ki, o, dəfələrlə Azərbaycana, Qarabağdakı hadisələrə, Qorbaçovun siyasətinə “obyektiv” münasibət bildirib.

Buna da bax:​ Bakıya qonaq gələn erməni Kiyevə qayıdıb

“Ondan başqa Azərbaycana obyektiv yanaşan və ərazi bütövlüyünü tanıyan çox sayda ermənilər var. Belə ermənilərə müvafiq münasibət göstərmək və onları Bakıya buraxmaq lazımdır”, deyə Oruc bildirib.

Vahe Avetian
Vahe Avetian

Oktyabrın 8-də Ermənistan yazıçısı, dissident, hazırda İsveçdə yaşayan Vahe Avetian Bakıya buraxılmamışdı. O, bir sutka Bakı aeroportunun neytral zonasında qaldıqdan sonra Ukrayna hava xətti reysi ilə geriyə uçub.

Avetianın öz Facebook səhifəsində yazdığına görə onu heç kəs dəvət etməyib, o özü sülh yaradıcısı kimi oktyabrın 8-i gecə yarısına yaxın İsveçdən Bakıya gəlib.

Buna da bax:​ Erməni yazıçı Bakıda başına gələnləri danışır

Oktyabrın 10-da Kiyev aeroportunda olarkən Facebook səhifəsində isə bunları yazıb: "Son iki gündə yanımda olanlara təşəkkür edirəm. İki gündə minlərlə məktub aldım. Sülhü dəstəkləyən bütün azərbaycanlılara və ermənilərə təşəkkür edirəm. Əgər hesab edirsiniz ki, bir nəfər tarixi sülhə tərəf az da olsa yönəldə bilər, onda tənbəllik etməyin. Evlərimizdə sülh olsun!".

XS
SM
MD
LG