Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:52

Rəsulzadə 1965-ci ildə: 'Əvvəl sənədlərimi götürmək istəmirdilər...'


2016-cı il noyabrın 1-də Azərbaycan istiqlalının banisi M.Ə. Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 70 yaşını haqlayır.
2016-cı il noyabrın 1-də Azərbaycan istiqlalının banisi M.Ə. Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 70 yaşını haqlayır.

2016-cı il noyabrın 1-də Azərbaycan istiqlalının banisi M.Ə. Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 70 yaşını haqlayır.

AzadlıqRadiosu-nun “İz” proqramı 10 il öncə babası haqqında verilişə qonaq olarkən, Rais bəyin özünün Bakıya ilk gəlişiylə bağlı dediklərini oxuculara çatdırır. Söhbətin gedişində birdən-birə Rais bəyə: “Bəs siz nə vaxt gəldiniz Bakıya” - sualı verildi. Amma bu cavab vaxt azlığından efirə getmədi...Cavabı 10 il sonra oxuyaq:

Buna da bax:​ Rəsulzadənin nəvəsi ağladı: "Olub və olacaq"

GİZLİ QƏRAR: “MÜTLƏQ BAKIYA GETMƏLİYƏM! SÖNMÜŞ OCAQLARI BƏRPA ETMƏLİYƏM!”

Rais bəy uzaq 1965-ci ili belə xatırlayır: “Başımıza gələnləri bilirdim. Sönmüş ocaqları bərpa etmək fikrindəydim... Rəssamlıqla uşaqlıqdan maraqlanırdım. 8-ci sinifdə oxuyanda Krupskaya adına Ümumittifaq Mədəniyyət Universitetinə qəbul olundum. Məşhur müəllimlərdən dərs aldım. 4 il orada oxudum. 11 illiyi bitirəndən sonra mən Moskvaya da gedə bilərdim. Amma ürəyimdə hamıdan gizli qərar vermişdim: Mütləq Bakıya getməliyəm! Sönmüş ocaqları bərpa etməliyəm!”.

Rais Rəsulzadə: 'Bir nəfəri səslədi: 'Suren Mirzoeviç, nu kak eqo rabotı? Mojna prinyat?''
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00
Direct-ə keçid

“BAKIDA 2 EVİMİZ, BAĞIMIZ...”

Rais bəy fikrini atasına bildirir: “Əvvəl etiraz etdi. Hara gedirsən? Kimin yanına? Pərən-pərən olmuşduq. Bakıda 2 evimiz, Novxanıda bağımız...Atam dedi, boş bir yerə gedirsən. Amma öz fikrimdən dönmədim. Gəldim...”.

“HARA? SEYİD HÜSEYN OCAĞINA...”

Rais bəy 60-cı illər Azərbaycan rəssamlıq məktəbini belə xatırlayır: “1965-ci il idi. O illərdə Azərbaycan rəssamlıq məktəbi zirvədə idi. Tahir Salahov təzə-təzə guruldayırdı. Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov, Nadir Əbdürrəhmanov (sonralar mənim müəllimim oldu), Toğrul Nərimanbəyov vardı. Hə, təkidlə gəldim Bakıya. Ünvanım İçərişəhərdəki Seyid Hüseyn ocağı idi (Seyid Hüseynin ömür yoldaşı Umgülsüm xanım Məhəmməd Əmin bəyin əmisi qızıydı. Amma hər ikisi repressiya olunduğundan Seyid Hüseynin övladlarına bacısı qızı baxıb - S.İ.). Başqa heç yerim yoxdu...”.

Buna da bax:​ M.Ə.Rəsulzadə "etiraz etdi"

FACİƏYƏ BAX: “MOJNA YA BUDU PO-RUSSKİ QOVORİT?”

Rais bəy Bakıya gəlişinin detallarını açıqlayır: “Orada məni Seyid Hüseynin bacısı qızı Səyyarə xanım qarşıladı. Faciəyə bax. Bir az söhbətdən sonra mən qayıtdım ki: “Mojna ya budu po russki qovorit?” (olarmı mən rusca danışım?). Mən rus məktəbində oxumuşdum. Dedilər, da, da, niçeqo, niçeqo (hə, hə, eybi yox). Başladıq yarırus, yarıazərbaycanca danışmağa...”.

“OLMAZ! SABAH İMTAHANDIR!”

Ertəsi gün sənədləri Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə vermək üçün aparırlar: «Lökbatanda yaşayan bibimqızı gəldi. Apardıq sənədləri rəssamlıq məktəbinə. Götürmək istəmədilər. Dedilər, sabah imtahandır. Bu gün sənədlərin qəbulunun sonuncu günü. Saat 5-də bağlanır. Bizə də attestatı gecikdirmişdilər. Ayın 27-də vermişdilər. Mən də 29-na güclə bilet tapmışdım. Axşam Bakıya çatıb, səhərisi saat 3-dən sonra gəlmişdim məktəbə. Təkid elədim. Bir nəfəri səslədi: “Suren Mirzoeviç, nu kak eqo rabotı? Mojna prinyat? (Sənədləri necədir, qəbul etmək olar?). O da baxıb dedi: “Da, da. Aqabala muellim. Niçeqo. Mojna prinyat"» (Hə, hə, Ağabala müəllim, Pis deyil. Götürmək olar).

“BU, DƏLİ OLUB. ATTESTATINDA HAMISI 5-DİR. RƏSSAM OLMAQ İSTƏYİR!”

Rais bəyin attestatına bir də özü baxan Ağabala müəllim qışqırır: “Attestatını da götür, çıx get burdan!..”. Niyə? Az qalıram ağlayam. Bir də gördüm həmin adam qonşu otaqdan daha bir nəfəri səsləyir: ”Adə, Eyyub! Buna bax. Bu, dəli olub. Attestatında bir “4”, qalanı “5”-dir. Bu, yazıqdır. Başına ağıl qoy, getsin universitetə... Rəssamlıq nədir? Dedim, yox! Rəssam olmaq istəyirəm! Axırda razılaşdı. Məni o fənlərdən azad elədilər. Ancaq xüsusi fənlərə gəlirdim”.

Buna da bax:​ M.Ə.Rəsulzadənin seçmə fikirləri

BANİ BABANIN NƏVƏSİ... YATAQXANADA

Arzusuna qovuşan Rais bəy az keçmir yataqxanada yer də alır: “Qaldım yataqxanada. Əvvəlcə iki-üç ay bibimqızıgildə yaşadım. Sonra yataqxana verdilər- “Sevil” kinoteatrının yanında – indiki İncəsənət Universitetinin binasında, 57-nömrəli otaqda. Azərbaycan səhnəsinin ulduzları Səməndər Rzayev, Rasim Balayev də orda yaşayırdı. Arif Quliyev ora gəlib-gedirdi. Qəbul olunmaq istəyirdi. Yetim uşaq idi...”.

“BAKI GÖZ YAŞLARINA İNANMIR!”

Bu, hələ ilk il idi. Qarşıda məşəqqətlə dolu, hərdən “göz yaşlarına inanmayan” Bakı həyatı vardı... O həyat indi də davam edir. Bani babanın adına layiq şərəflə!

AzadlıqRadiosu Rais Rəsulzadəni 70 yaşı münasibətilə təbrik edir!

XS
SM
MD
LG