Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Partiya sədri 10 ildir pasport ala bilmirsə...


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin barəsində cinayət işinin bağlandığı deyilsə də ona xarici pasport vermirlər.

Hüquq müdafiəçisi bildirib ki, iki həftə öncə Sabirabad polisi 2012-ci ildə ona qarşı başlanmış cinayət işini bağlayıb. Ona bildirilib ki, xaricə getməsinə heç bir əngəl yoxdur.

Ancaq noyabrın 2-si hüquq müdafiəçisinin deməsinə görə, ASAN xidmət onun ölkədən çıxışına qadağanı əsas gətirərək pasport verməkdən imtina edib.

“Bu, belə hesab etməyə əsas verir ki, cinayət işinin bağlanması hakimiyyətin kələyidir. Onlar bu cür bəyanatı Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərinin oktyabrın 26-da keçirilən iclası ərəfəsində veriblər ki, Azərbaycana qarşı sanksiya götürülsün”, hüquq müdafiəçisi bildirib.

Lakin insan haqları fəalına pasport verilməməsinə nə dərəcədə təəccüblənmək olar. Çünki Azərbaycanda ana müxalifətin lideri artıq 10 ilə yaxındır xarici pasport ala bilmir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir ki, hüququnu bərpa etmək üçün bütün məhkəmə instansiyalarını keçsə də, bu problem hələ də öz həllini tapmayıb. Onun sözlərinə görə bu problem həm partiyanın, həm də özünün beynəlxalq münasibətlərinə zərbə vurub.

Ölkədən çıxışına yeni məhdudiyyət qoyulmuş REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bunu həm cəza, həm də fəaliyyətin əngəllənməsi kimi görür. Onun sözlərinə görə, hakimiyyət bəzi şəxslərin həm daxildəki, həm xaricdəki fəaliyyətindən narahat olduğu üçün bu cür addımlar atır.

Həm Vergilər Nazirliyi, həm də Baş prokurorluq tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulan "Demokratiya və İnsan Hüquqları" Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev düşünür ki, beynəlxalq hüquq müdafiə təşkilatlarında siyasi məhbus problemini qaldırdığı üçün, insan hüquqlarını müdafiə etdiyi üçün hakimiyyət ondan qisas alır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı isə deyir ki, Azərbaycanda belə hal mövcud deyil. Onun sözlərinə görə, üzərində cinayət işi olmayan hər bir insan istədiyi vaxt, istədiyi yerə gedə bilir.

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasında ciddi problemlər var. Əvvəllər maliyyə məsələlərini hökumət dərhal icra edirdi. Ancaq indi belə deyil”.

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin göndərilməsi sahəsində ixtisaslaşan vəkillərdən Əsabəli Mustafayev açıqlamasında belə deyib.

Vəkil yada salıb ki, qərarların icrasının təmini iki istiqamətdə aparılır. Onun sözlərinə görə, hökumət qərarda göstərilən maliyyə məsələlərini - maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini təmin etməlidir. Məhkəmə hüquq pozuntusunu tanıyıbsa, hökumətlər onların nəticələrinin aradan qaldırılmasından ötrü də ümumi tədbirlər görmək öhdəliyi daşıyırlar.

Vəkil deyib ki, hökumət ümumi tədbirləri əsasən həyata keçirmir.

“Mənim apardığım işlər üzrə 76 qərar çıxarılıb. Onların heç birində ümumi tədbirlər icra olunmayıb”, deyən vəkil son zamanlar təzminatların ödənilməsində də ciddi problemlərin olduğunu bildirib.

“Bu il Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlar üzrə, demək olar ki, kompensasiya ödənilməyib. Məndə olan 22 iş üzrə kompensasiya ödənilməyib, gözləyirik. Prezident Administrasiyası hər dəfə yaxın zamanlarda problemin həll olunacağını bildirir”, vəkil deyib.

XS
SM
MD
LG