Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

AzərTac da publik hüquqi şəxsə çevrilir


AzərTac yerləşən bina
AzərTac yerləşən bina

Azərbaycanda 9 dövlət qurumu publik hüquqi şəxsə çevriləcək.

Prezident İlham Əliyevin noyabrın 24-də imzaladığı dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərmanda belə deyilir.

Fərmana görə, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əvəzinə eyni adlı publik hüquqi şəxs yaradılacaq.

Fərmanda Nazirlər Kabinetinə bağlı bir neçə qurumun təşkilatı formasının dəyişdirilməsi də nəzərdə tutulur.

Buna da bax:​ Xəstəxana və poliklinikalar 'publik hüquqi şəxs'ə çevrilir

Sənədə əsasən, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Nəqliyyat Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tərcümə Mərkəzi kimi qurumların bazasında eyni adlı publik hüquqi şəxslər yaradılacaq.

Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti isə kabinetin strukturundan çıxarılıb Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə veriləcək.

Prezident fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə tapşırıqlar verib.

Buna da bax:​ Səhiyyəni publik hüquqi şəxsə çevirmək nə deməkdir? [ekspert rəyi]

Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun bu il fevralın 3-də tətbiq olunmağa başlayıb.

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

Buna da bax:​ Publik hüquqi şəxslər qanunu işə düşdü

Azərbaycanda ilk publik hüquqi şəxs də elə fevralın 3-də yaradılıb. Bu Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

XS
SM
MD
LG