Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:26

Elektron kitabın kağız kitabı sıxışdırması mifini almanlar dağıdır


Elektron kitab.
Elektron kitab.

Yaxın onillikdə yeni çıxan elektron kitabların sürətlə artımı dünyada kağız kitabın yoxa çıxacağı haqda qorxulu proqnozlarla müşayət olunurdu. Oxu Zalı bu proqnozları puça çıxaran alman kitab bazarı haqda məqaləni təqdim edir.

Almanlar elektoron kitabdan üz döndəriblər

Almanlar nə oxuyur? Nə qədər oxuyur? Alman kitab bazarı haqda yeni statistik məlumatlar gözləntiləri doğrultmur.

Almanlar elektron kitabdan üz döndəriblər, bunu Almaniyanın bütün kitab mağazalarını özündə birləşdirən “Alman kitab ticarəti birja ittifaqı”nın ekspertləri açıqlayıb. Ekspertlər 2015-ci ilin və 2016-cı ilin ilk aylarının kitab satışı ilə bağlı nəticələrini analiz ediblər. Məlum olub ki, keçən il bütün Almaniyada kitab sənayəsinin dövriyyəsi 9,2 milyard avro olub.

Buna da bax: Alman cəmiyyətində nə qədər və nələr oxunur...

Ən əsası odur ki, internet, televiziya, sosial şəbəkələrin rəqabətinə baxmayaraq almanlar keçən 10 ildə əvvəlki kimi fəal şəkildə kitab oxumağa davam edirlər. Kitab bazarında vəziyyət 2000-lərdə olduğu kimi stabil davam edir. Ancaq məsəlçün Rusiyada yaxın 6 ildə kitab satışı az qala üç dəfə azalıb.

Alman kitabçıları üçün xüsusi sevindirici hal odur ki, kitab alanların təqribən yarısı bunu ənənəvi kitab mağazasında alıblar. Almanlar keçən il kitab mağazalarına 4 milyard avro pul xərcləyiblər. Alının kitabların ancaq altısından biri isə internet üzərindən əldə edilib, yerdə qalanlar ya nəşriyyatın özündən, ya da supermarketlərdən, yanacaq doldurma məntəqələrindən alınıb.

Elektron kitablara gəlincə, bundan öncə elektron kitabların kağız kitabı bazardan sıxışdıracağı haqda yayılan qorxunc proqnozlar özünü doğrultmayıb. Belə ki, Almaniyada bir il ərzində alınan kitabların cəmi 4,5 faizi elektron kitabların payına düşür. Məsəlçün, ABŞ-da bu rəqəm daha yüksək, 25 faizdir. Aydındır ki, burda almanların birbaşa kağız kitabla ünsiyyət istəyiylə bağlı olan şeylər var. Həmçinin elektron kitabların qiymətlərinin daha çox oynaması vasitəsilə insanları daha çox kağız kitaba yönəltmək və beləliklə kiçik kitab satıcılarını böyük satıcılardan qorumaq mümkün olub. “Rəqəmsal inqilab başa çatıb” – amma bu kitab satıcıları üzərində qələbə qazana bilməyib.

Buna da bax: Almaniyada yeni kitablar necə təbliğ edilir?​

Romanlar bazarda liderdir

Bəs almanlar hər il milyardlarla avronu hansı tip kitablara xərcləyirlər? Əvvəlki kimi bazarda ən çox satılan belletristika, ilk növbədə isə romanlardır. Almaniyada çap olunan kitabların təxminən üçdə biri bədii ədəbiyyatın payına düşür. Bunun üzərinə uşaq və yeniyetmələr üçün kitabları da əlavə etsək 15,8 faiz artım olacaq. Yerdə qalan kitablar isə elmi ədəbiyyat, sorğu kitabları, yemək bişirmək üçün kitablardır və bu kitablar bazarın az bir hissəsini tutur. Beləliklə almanlar bədii ədəbiyyata, romana, novellalara, memuarlara və şeirlərə böyük üstünlük verirlər.

XS
SM
MD
LG