Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:47

'Həyat yoldaşımla ağ bayraq götürüb Ermənistana keçəcəm'


Ermənistan sərhəd zastavası
Ermənistan sərhəd zastavası

“Elə bil, ailənin bir üzvünün başına faciə gəlsə də, ailə başçısını evin içində baş verənlər maraqlandırmır. İndi həmin durumu yaşayırıq. Gənc oğlum müəmmalı ölüb. Prokurorluğun işi düzgün araşdırmadığını, cinayəti ört-basdır etdiyini ailənin, yəni dövlətin başçısına çatdırmaq istəyirəm. Ancaq iki ildir ki, yazdıqlarımız daşa dəyib özümüzə qayıdır”.

Bu sözləri AzadlıqRadiosu-na Naftalan şəhər sakini Mirdavud Seyidov deyir.

Buna da bax:​ 'Döydülər, ayağımı sındırdılar, sonra da şöbəyə apardılar'

Müəmmalı iki ad: “Cakı” və “İfti”

İki il əvvəl Mirdavud Seyidovun gənc oğlu Paşanın asılmış cəsədi “Naftalan şəhəri, Nizami küçəsi, 15”də yerləşən “köhnə bazar”da - istifadəsiz tikilidə aşkar olunub. Ailəyə gəncin intihar etdiyi bildirilib. Ata deyir, hadisənin baş verdiyi məkana gedərkən, onun yanında oğlunun cibindən öz xətti ilə yazılmış məktub tapılıb. Paşa məktubda özünü öldürməsinin səbəbkarı kimi Cakı İfti ləqəbli şəxslərin adlarını yazıb. Müstəntiq əvvəl həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edəcəyini desə də, sonradan bunu etməyib:

“Gözlədik ki, o adamlar həbs olunar. Gördük yox, müstəntiqin fikri də yoxdur. Hiss edirdik ki, bizdən qaçır, bizimlə danışmaq onun üçün arzuolunmazdır. Bir gün xəbər tutduq ki, Goranboy prokurorluğu işi bağlayıb”.

Buna da bax:​ Ucarlı Kəklik xanım: 'Mənim sözümü İlhama çatdır, qızım'

“Baş Prokurorluqdan xəbər yoxdur”

Mirdavud Seyidovu narahat edən odur ki, Goranboy rayon Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (Özünüöldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işini qapadıb. Ailənin qərarla bağlı şikayətlərindən sonra iş təzələnib və Baş Prokurorluğa göndərilib. Ancaq iş indi də burada ilişib qalıb:

“Bu ölkənin rəhbərliyini mənim gənc oğlumun faciəsi maraqlandırmırsa, bu faciəyə səbəb olanların qarşısında acizdirlərsə, mən həyat yoldaşımı da götürüb Ermənistana keçəcəyəm. Vətəndaşı insan yerinə qoymayan dövlətdə niyə yaşayım ki?!.”.

Mirdavud Seyidov ölkənin güc qurumlarından gənc övladının ölümünü obyektiv araşdırmağı, günahkarların cəzalandırılmasını tələb edir.

Buna da bax:​ 'Göyçay xəstəxanası məni 'soğan qabığı' kimi soyub'

“Ağ bayraq qaldırıb Ermənistana keçəcəyəm!..”

“Qaynar xətt” onun ittihamlarına Baş Prokurorluqdan münasibət öyrənə bilməyib. Mirdavud Seyidov deyir, əgər yaxın günlərdə prezidentə və Heydər Əliyev Fondunun prezidentinə vurulan teleqramlara müsbət cavab ala bilməsələr, həyat yoldaşı ilə birlikdə ağ bayraq qaldıraraq Ermənistana keçəcək.

XS
SM
MD
LG