Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:34

‘Daşkəsən Filizsaflaşdırmanı kim alıb?’ sualı cavabsız qalır


Daşkəsən Filizsaflaşdırma kombinatı
Daşkəsən Filizsaflaşdırma kombinatı

Dekabrın 20-də İqtisadiyyat Nazirliyində (İN) Sumqayıtda metallurgiya kompleksinin tikintisinə dair «Baku Steel Company» MMC ilə İtaliyanın «Danieli» şirkəti arasında saziş imzalanıb.

Elə həmin gün Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK-da) «Daşkəsən Filizsaflaşdırma» ASC-nin investisiya müsabiqəsi yolu ilə özəlləşdirilməsi barədə təkliflərin qiymətləndirilməsinə başlanmalı idi.

Buna da bax:​ Sumqayıtda dəyəri 1 mlrd. avro olan zavod tikiləcək

ƏMDK rəsmisi: «Sazişin bizim müsabiqəyə aidiyyatı yoxdur»

ƏMDK-nın mətbuat katibi Qulu Xəlilov deyir ki, İqtisadiyyat Nazirliyində bağlanmış müqavilənin təmsil etdiyi qurumun keçirdiyi müsabiqə ilə əlaqəsi yoxdur. O, eyni zamanda AzadlıqRadiosu-nu əmin edir ki, keçirilmiş müsabiqənin nəticələri haqda yekun məlumat da yoxdur.

Prezidentlə müsabiqəöncəsi görüş

«Danieli & C. Officine Meccaniche S.p.A» şirkəti İdarə Heyətinin sədri və baş icraçı direktoru Gianpietro Benedetti dekabrın 15-də - ƏMDK-nın Müsabiqə Komissiyasına gələn təkliflərin qiymətləndirilməsinə 4 gün qalmış, Bakıda prezident İlham Əliyevlə görüşüb. İtaliyalı qonaq Sumqayıtda metallurgiya klasteri quracaqlarını, bunun Daşkəsən filizsaflaşdırma müəssisəsinin tam gücü ilə işləməsinə imkan verəcəyini və xammaldan tutmuş, müxtəlif çeşidli ən son məhsullara qədər istehsalın təşkil olunacağını deyib. Bundan ötrü özəl investorların və Avropa banklarının maliyyə ayrılacağı haqda dövlət başçısına məlumat verib.

Buna da bax: 'Baku Steel Company'nin 'qızı' müflisləşib

Ekspert: «Bu, komissiyaya təzyiq metodudur»

Dekabrın 20-də «Baku Steel Company» (BSC) MMC-nin İtaliya şirkəti ilə bağladığı müqaviləyə görə, Sumqayıtda tikiləcək 5 yeni zavoda 1 milyard 225 milyon avro sərmayə yatırılacaq. Müəssisələrdə 1200 nəfər işlə təmin olunacaq.

ƏMDK-nın «Daşkəsən Filizsaflaşdırma» ASC səhmlərinin 99,22 faizinin satışı üzrə müsabiqəsində də BSC ilə «Danieli» şirkəti arasında bağlanmış müqavilədə nəzərdə tutulan işlərdən - dəmir filizi konsentratı istehsalından, müxtəlif hazır qara metal məmulatı buraxılışından və s.-dən söhbət gedir.

Buna da bax:​ Hökumət: Ay alan, filiz saflaşdıran kombinatın səhmlərini satıram

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı Nazim Bəydəmirli buna belə yanaşır: «Güman etmirəm ki, ƏMDK-nın müsabiqəsindən başqa qalib çıxacaq. İqtisadiyyat Nazirliyində bağlanmış sazişsə bir növ əzələ nümayişi və Müsabiqə Komissiyanın çıxaracağı qərara təzyiqdir».

ƏMDK-da müəmmalı olay baş verib

ƏMDK müsabiqəsinin şərtinə görə, kim qalib gəlsə, dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməli və ən azı, 600 milyon ABŞ dolları həcmində sərmayə proqramı təqdim etməlidir.

Buna da bax: Sumqayıtda metallurgiya klasteri yaradılacaq

Qalib müsabiqədə daha çox iddiaçının iştirak edəcəyinə boyun olmuş məsləhətçinin - «KPMG Azerbaijan Limited» şirkətinə xidmətlərinin qarşılığında 160 min manat ödəməlidir.

Bir məqam diqqət çəkir ki, ƏMDK-nın informasiya resursundan investisiya müsabiqəsinin keçirilməsi barədə elan yığışdırılıb. Saytda müsabiqə haqqında yalnız ingilis dilində kiçik məlumat qalır.

XS
SM
MD
LG