Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Etiraz edən məcburi köçkünlərdən 3-ü üç aylıq həbs olunub


Göyçar rayonunda etiraz aksiyası, 5 may 2014
Göyçar rayonunda etiraz aksiyası, 5 may 2014

Biləsuvarda işıq probleminə etiraz edən Cəbrayıl rayonundan olan məcburi köçkünlər Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İskəndərov barəsində 3 aylıq həbs qət-imkan tədbiri seçilib.

Onlar CM-nin 186.2.2 (özgə əmlakı məhv etmə, partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) ittiham edilirlər.

Məcburi köçkünlərin 22 dekabr etirazı

Dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.

Azərbaycan Daxili İşlər nazirliyi
Azərbaycan Daxili İşlər nazirliyi

Aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi-ndə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Amma sakinlərin AzadlıqRadiosu-na deməsinə görə, olaylar zamanı rəsmi açıqlamada deyildiyi kimi, 9 yox, 1 polis nəfəri xəsarət alıb.

Atılan daş parçası İmişlidən gətirilmiş polis nəfərlərindən 25 yaşlı Elvin Əsədli-nin dəbilqəsinə dəyib. Dəbilqənin qırılmış şüşəsinin onun gözünə xəsarət yetirdiyi deyilir. Polis nəfərinin gecə ikən Bakıya aparıldığı, xəstəxanaya yerləşdirildiyi bildirilir. Məcburi köçkünlər mülki şəxslərdən də xəsarət alanların olduğunu deyiblər.

XS
SM
MD
LG