Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

Ramiz Mehdiyev Mehriban Əliyevanı cüzi qabaqlayır


arxiv
arxiv

Azərbaycanda siyasi elitada ən çox kimə ictimai maraq var?

Google axtarış saytının trend xidmətinin göstəricilərinə görə, açar ifadə kimi “İlham Əliyev” yazıb, Google-da axtarışa verənlərin sayı “Ramiz Mehdiyev”, “Kamaləddin Heydərov”, “Ziya Məmmədov” və “Mehriban Əliyeva” yazıb, axtarışa verənlərdən əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycan prezidenti birmənalı şəkildə birincidir. Bu da başadüşüləndir, çünki əsas qərarlar prezidentdən gəlir.

İl ərzində Ziya Məmmədovdan çox danışılsa da, o, heç vaxt İlham Əliyevi qabaqlaya bilməyib.

İctimai maraqda prezidentdən bəzi həftələrdə yalnız birinci ledi Mehriban Əliyeva qabağa keçə bilib.

Son bir ili götürəndə, ikinci yerdə prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Bu da aydındır, ancaq maraqlıdır ki, Ramiz Mehdiyev Mehriban Əliyevanı cüzi qabaqlayır. Mehriban Əliyeva 3-cüdür.

Google trend Azərbaycan
Google trend Azərbaycan

Azərbaycanda medianın diqqətində olan Kamaləddin Heydərov və Ziya Məmmədovla isə sıravi azərbaycanlılar internetdə qat-qat az maraqlanırlar. Onlar arasında isə Ziya Məmmədova maraq nisbətən çox olub, nəinki Kamaləddin Heydərova.

Milli Məclis sədri Oqtay Əsədova internetdə maraq Kamaləddin Heydərovdan da azdır. Özü də qat-qat azdır.

İŞ, DOLLAR

Azərbaycanda ötən 5 ildə insanların iqtisadi sahədə maraqlandıqları arasında birinci yerdə həmişə İŞ olub.

Ancaq keçən bir ildə birinci yerə azacıq üstünlüklə, dollar-manat məzənnəsi çıxdı.

Google trend Azerbaijan
Google trend Azerbaijan

Keçən il “iş”ə və “dollar”a maraq internetdə demək olar ki,yanaşı gedib.

Onları yalnız aprel döyüşləri vaxtı, təbii olaraq, Qarabağ keçə bildi.

Yeri gəlmişkən, Google-da axtarış statistikası göstərir ki, işə maraq o qədər böyükdür ki, o, son 5 ildə hətta Qarabağa marağı da üstələyir.

XS
SM
MD
LG