Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Ötən il Azərbaycanda neçə nəfər intihar edib?


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycanda qeydə alınan intiharların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bildirib ki, 2016-cı ildə Azərbaycanda 327 intihar hadisəsi qeydə alınıb. Onun deməsinə görə, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub. Onların sayı isə 470 nəfər təşkil edib.

Mərkəzin rəsmisi qeyd edib ki, Azərbaycanda intiharların sayı kritik vəziyyətdən aşağıdır: «Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 nəfərdir. Azərbaycanda isə hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub».

Daxili İşlər Nazirliyindən isə bildirmişdilər ki, ötən ilin təkcə 9 ayında ölkədə özünü öldürmə həddinə çatdırmaqla bağlı 500 cinayət işi açılıb.

Hər gün ölkə mətbuatında 2-3 intihar olayının baş verməsi ilə bağlı xəbərlər yayılır.

Buna da bax: Psixoloqun ölümünə görə cinayət işi açılıb

XS
SM
MD
LG