Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:26

Azərbaycan əsgəri əsir götürülüb? [yenilənib]


Azərbaycan əsgəri.
Azərbaycan əsgəri.

Komissiya Elnur Hüseynzadə ilə bağlı məlumat yaydı

«Cəbhə xəttinin Talış kəndi istiqamətində Ermənistan hərbçilərinin saxladığı Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin azad edilməsi məqsədilə beynəlxalq təşkilatlar məlumatlandırılıb».

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fevralın 2-də yaydığı məlumatda belə yazılır.

Komissiya Ermənistan tərəfinin saxladığı Azərbaycan vətəndaşının qaytarılmasından ötrü zəruri tədbirlərin görüldüyünü bildirir.

Buna da bax:​ Azı 3801 nəfər itkin sayılır

Komissiya məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini də qeyd edib.

Müdafiə Nazirliyi: 'Ermənilərin əsir götürdüyü Elnur Hüseynzadə ordudan xaric edilib'

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfə əsir düşdüyü bildirilən Elnur Hüseynzadə ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, E.Hüseynzadə tez-tez hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

«Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır»,-deyə məlumatda qeyd edilir.

Buna da bax:​ 'Hərbidə baş vermiş cinayətlərin 99 faizi açılıb'

Ermənistan tərəfi Azərbaycan ordusunun təmas xəttinin Talış kəndi istiqamətində fevralın 1-i saat 15:00 radələrində qatı dumandan istifadə edərək «diversiya» həmləsi etdiyini, bu zaman bir Azərbaycan əsgərinin əsir götürüldüyünü bildirir. İddia olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri bu əməliyyat zamanı yaralanıb.

Virtual.org saytı xəbər verir ki, əsir götürüldüyü deyilən E.Hüseynzadə 1995-ci ildə doğulub, Bərdə rayonundandır.

* * *

Anası: “Elnur Hüseynzadə hərbi xidmətdə idi...”

Ermənistan silahlı qüvvələrinin əsir götürdüyü Elnur Hüseynzadənin hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbi xidmətə qayıtdığı bildirilir.

Bu haqda əslən Bərdə rayonun Qullar kəndindən olan E.Hüseynzadənin anası Səidə Hüseynova bəzi yerli kütləvi informasiya vasitələrinə bildirib.

Buna da bax: Öldürüldüyü iddia olunan hərbçinin son mesaji: “Məni bağışlayın...”

Onun deməsinə görə, Elnur Hüseynzadə hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət məqsədi ilə orduya yollanıbmış.

E.Hüseynzadənin sonuncu dəfə yanvarın 31-də evdə olduğu bildirilir.

Nazirlik təkzib edir

Müdafiə Nazirliyi isə Elnur Hüseynzadənin anasının dediklərini APA-ya təkzib edib.

Nazirlik Elnur Hüseynzadənin anasının oğlunun hərbi xidmətdə olması ilə bağlı söylədiklərinin doğru olmadığını açıqlayıb.

Buna da bax:​ Əsgərin meyiti qaytarılmır

”Keçmiş müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olduğu qısa bir zamanda E. Hüseynzadə intizamsızlığına görə, bir neçə dəfə cəzalandırılmasından nəticə çıxarmayıb. Bu səbəbdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə birlik komandirinin əmri ilə ordu sıralarından tərxis olunub”.

Nazirlik onu da qeyd edib ki, E.Hüseynzadənin nizam-intizamlı və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində ailəsinin də rolu olmalı idi.

XS
SM
MD
LG