Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Berlində Əşrəf Heybətovun 'Xocalıya ədalət!' sərgisi açılacaq


Sərgi martın 18-dək davam edəcək.
Sərgi martın 18-dək davam edəcək.

Fevralın 25-də Berlinin «Michael Schultz» qalereyasında Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun «Xocalıya ədalət!» adlı fərdi sərgisi açılacaq.

Xəbəri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi «Michael Schultz» qalereyasının saytına istinadla yayıb.

Sərgi martın 18-dək davam edəcək.

Əşrəf Heybətov 1951-ci ildə Bakıda doğulub.

Hazırda Almaniyanın Koblents şəhərində yaşayır.

1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. «Dünya xalqları incəsənəti» Beynəlxalq Assosiasiyasının mükafatını alıb.

Rəssam Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. O, «Azərbaycan-Almaniya» Dostluq Cəmiyyətinin idarə heyətində də təmsil olunur.

Rəssamın yaradıcılığının ana mövzusu mənsub olduğu xalqın milli adət-ənənələridir.

XS
SM
MD
LG