Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:39

'Boy çiçəyi' bu dəfə Ramiz Novruzla...


Akademik Milli Dram Teatrı.
Akademik Milli Dram Teatrı.

Martın 10-nu – Milli Teatr Günündə Akademik Milli Dram Teatrında görkəmli aktyor Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” pyesinin ilk tamaşası olacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən məlumata görə, tamaşadan əvvəl Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq, Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.

Buna da bax:​ Gürcüstanda Azərbaycan teatrının aktyoru: "Toz-torpağın içində məşq edirik"

Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Azər Paşa Nemətdir.

Əsas rolları Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

XS
SM
MD
LG