Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:38

Təkcə yükdaşımalardan Azərbaycan yarım milyard dollar qazana bilər


Nazarbayevlə Əliyevin Bakı görüşü
Nazarbayevlə Əliyevin Bakı görüşü

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıda deyib ki, "Yükdaşımalar Azərbaycana ildə 500-600 milyon dollar gəlir gətirəcək.

Nazarbayev açıqlayır ki, “söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsi ilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz - Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin”.

Bundan başqa, səfər zamanı Qazaxıstanın nəhəng Kaşaqan yatağı neftinin Baki-Ceyhan kəməri ilə daşinmasi muzakirə olunub

Qazaxıstanla yeni əməkdaşlıq Azərbaycana nə vəd və tələb edir? Bu, belə sərfəli idisə indiyə kimi niyə istifadə olunmurdu?

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Qazaxıstanla Azərbaycan arasında əvvəllər də ikitərəfli əməkdaşlıq mövcud idi. Ekspert bildirir ki, Qazaxıstan neftinin emalı Azərbaycanda həyata keçirilirdi.

Qubad İbadoğlu Qazaxıstan neftinin Bakı -Tbilisi –Ceyhan neft kəməri ilə Avropaya nəqlini əhəmiyyətli qərar kimi qiymətləndirir. Onun sözlərinə görə Azərbaycan neftinin hasilatının hər il aşağı düşməsinə görə neft kəməri doldurula bilmir, Qazaxıstan nefti isə həmin boşluğu aradan qaldıra bilər. Yükdaşımalara gəldikdə isə ekspert bildirir ki, bunu Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolu xətti ilə həyata keçirmək mümkündür.

Qubad İbadoğlu: "Azərbaycan neftinin hasilatı hər il aşağı düşür, neft kəməri doldurula bilmir"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Natiq Cəfərli də deyir ki, neft daşınmasında Qazaxıstanla əməkdaşlıq mövcuddur. Ekspert bildirir ki, Qazaxıstan neftinin bir hissəsi Bakı-Tbilisi- Ceyhan neft kəməri ilə nəql olunurdu. Onun sözlərinə görə, indi Kaşaqan neftinin nəqli qərarı da Azərbaycana əlavə dividendlər gətirəcək. Amma ekspert bildirir ki, buna baxmayaraq burda böyük məbləğlərdən söhbət getmir.

Natiq Cəfərli bildirir ki, yükdaşımalarla bağlı alternativ yollar var ki, fəaliyyət göstərir. Onun sözlərinə görə bütün rəqib yollarla gedən yüklərin burdan daşınması üçün Azərbaycan daha çevik və cəlbedici siyasət yürütməlidir. Ekspert deyir ki, bu layihələrin gəlirli olması üçün geniş həcmli proqram həyata keçirilməlidir.

Natiq Cəfərli: "böyük məbləğlərdən söhbət getmir"
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00
Direct-ə keçid

XS
SM
MD
LG