Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

Azərbaycana terror təhlükəsi varmı?


Bak;
Bak;

"Demək olar ki, bütün MDB ölkələri terror hücumları üçün potensial hədəfdir”. Bunu Rusiya prezidenti Vladimir PutinMDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşü zamanı deyib.

Doğrudanmı Azərbaycana terror təhlükəsi var? Yoxsa Putin bunu Rusiya ictimaiyyətini sakitləşdirmək üçün deyir ki, təhlükə hamıyadır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Rusiya prezidenti Vladimir Putinin MDB ölkələrinin təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüşünə münasibət bildirərək deyir ki, bu, həmin ölkələrin hələ də Moskvaya tabeçiliyinin nümayişi idi.

Putinin bəyanatına gəldikdə isə ekspert bildirir ki, onun dediklərində qismən həqiqət payı var. Onun sözlərinə görə, Azərbaycan daim ilk növbədə erməni, sonra isə beynəlxalq terrorizmin radikal islamçı qanadının hədəfindədir. Amma buna baxmayaraq İlham İsmayıl qeyd edir ki, hazırda Azərbaycan təhlükəsizlik qüvvələri bu istiqamətdə uğurlu fəaliyyət göstərir.

Ilham Ismayıl: "Putinin dediyində qismən həqiqət var"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

Politoloq Zərdüşt Əlizadə terroru islamla bağlamağın əleyhinədir. Onun sözlərinə görə islamdan bəzən pərdə kimi istifadə olunur. Politoloq deyir ki, terroru yalnız islamla bağlamaq onun dəyərlərinə təhqirdir. Zərdüşt Əlizadənin fikrincə iqtisadi və digər mənafelər naminə terrora əl atılır.

Politoloq Rusiya prezidentinin müraciətini haqlı hesab edir. Zərdüşt Əlizadə deyir ki, terrorla mübarizə aparmaq üçün nəticələri deyil, səbəbləri aradan qaldırmaq lazımır. Səbəb isə beynəlxalq aləmdə olan ədalətsizlikdir.

Zərdüşt Əlizadə: "terroru yalnız islamla bağlamaq onun dəyərlərini təhqirdir"
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00
Direct-ə keçid

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyir ki, Rusiyada baş verən son terror hadisəsindən sonra bu ölkənin niyə terrorun hədəfinə çevrilməsi ilə bağlı axtarışlar davam edir.

Deputat bildirir ki, axtarışlar bütün MDB ölkələrini əhatə edir. Onun sözlərinə görə ölkələrin təhlükəsizlik qüvvələri arasında ciddi əməkdaşlığa, informasiya mübadiləsinə ehtiyac var. Zahid Oruc deyir ki, nə qədər ki, regiondakı münaisbətlər və dövlətlərarası münasibətlərdə ciddi problemlər olacaq, terror təhlükəsi qalacaq. Deputat MDB ölkələrinin terrorun hədəfində olması fikrini gerçək adlandırır.

Zahid Oruc: "nə qədər ki, dövlətlərarası münasibətlərdə ciddi problemlər olacaq..."
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00
Direct-ə keçid

XS
SM
MD
LG